Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Küçədə vəzifəli şəxsə hücum edib: 3 illik həbs olunub
HADİSƏ

Küçədə vəzifəli şəxsə hücum edib: 3 illik həbs olunub

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirmiş 44 yaşlı şəxsin məhkəməsi keçirilib.

Paraqraf.com “Qafqazinfo”ya istinadən məlumatına görə, rayon sakini Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Vasif “TikTok” səhifəsində “Azərişığ”ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq neqativ məzmunlu paylaşımlar edib və buna görə idarənin rəisi Fikrət Əhmədov onu məhkəməyə verib.

Bundan sonra Vasif Fətiyev Gəray Əsədov küçəsində Fikrət Əhmədovla qarşılaşıb və aralarında insident baş verib.

Hadisə zamanı Vasif rəisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Ardınca sinə nahiyəsinə bir dəfə yumruqla, daha sonra əlində olan mobil telefondan silah qismində istifadə edərək, sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub.

Nəticədə ona sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara xarakterli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Daha sonra həmin yerə yaxın məsafədə olan Fikrət Əhmədova məxsus “Changan CS 55 Plus” markalı avtomobilin ön kapot hissəsinə sağ əli ilə qəsdən bir neçə dəfə zərbə endirərək, ona 100 manat məbləğində zərər vurmaqla, ictimai qaydanı kobud şəkildə pozub.

O da məlum olub ki, V.Fətiyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə V.Fətiyevə 3 il həbs cəzası verilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şirvanda sexdə meyit tapılıb

Next

Təyyarə qəzasını araşdıran qrup Türkiyəyə qayıtdı

Copyright 2026— Praqraf.com. All rights reserved