Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Azərbaycan, Braziliya və Türkiyə GIA qlobal iqlim təşəbbüsünə rəhbərlik edəcək
DÜNYA

Azərbaycan, Braziliya və Türkiyə GIA qlobal iqlim təşəbbüsünə rəhbərlik edəcək

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

COP sədrləri “troyka”sı – Azərbaycan, Braziliya və Türkiyə – Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim konfransının yekunlari üzrə qəbul edilmiş Qlobal İcranı Sürətləndirmə (“Global Implementation Accelerator” – GIA) təşəbbüsünə rəhbərlik edəcək.

Paraqraf.com Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib.

Onun sözlərinə görə, GIA COP30-dan sonrakı proseslərdən biridir: ” Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığına doğru aydın yolu var. Buna görə də biz “troyka”nın GIA çərçivəsində işi necə irəli aparacağından asılı olaraq bu işə kömək etməyə hazırıq və istəkliyik”.

A.İtkonen qeyd edib ki, COP30 başa çatıb və nümayəndə heyətləri artıq iqlim gündəliyi çərçivəsində növbəti addımlar üzərində işə başlayıblar: “Nümayəndə heyətlərinin və danışıqçıların əksəriyyəti artıq hansı konkret addımlar təklif edəcəkləri barədə düşünməyə başlayıblar. Bu, Avropa Komissiyasına da aiddir”.

Xatırladaq ki, “Global Implementation Accelerator” dünyanın müxtəlif bölgələrində iqlim dəyişikliyi ilə mübarizə üçün universal tədbirləri seçmək məqsədi daşıyır. Prioritetlər – metan emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələri və təmiz texnologiyalardır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirilib

Next

ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved