Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • Azərbaycan meşə örtüyünü artırmaqla kənd təsərrüfatında emissiyaları sabitləşdirməyi planlaşdırır

Azərbaycan meşə örtüyünü artırmaqla kənd təsərrüfatında emissiyaları sabitləşdirməyi planlaşdırır

admin 24 Noyabr 2025 6 minutes read
qHLzWvDwFjDzg1rVaVwcqkG4Q7m5ItN90fhgR4aS_825
PAYLAŞIN:

Meşə sahəsinin genişləndirilməsi Azərbaycanda dekarbonizasiyanın mərkəzi elementi olacaq, kənd təsərrüfatı, torpaqdan istifadənin digər növləri və meşəçilik (AFOLU) sektorunda karbon udulmasını əhəmiyyətli dərəcədə artıracaq.

Paraqraf.com yenilənmiş “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) hesabatına istinadən xəbər verir ki, AFOLU sektoru ölkədə ən böyük işəgötürəndir və 2022-ci ildə əhalinin 36 %-ni işlə təmin edib.

Bununla yanaşı, 2000-ci ildən bəri kənd təsərrüfatı məhsulları istehsalı təxminən 11 % orta illik artım tempi (CAGR) ilə genişlənib və torpaqların mövcudluğu, eləcə də qida məhsullarına olan tələbat sayəsində bu göstəricinin artmağa davam edəcəyi gözlənilir.

2022-ci ildə kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi təxminən 4,8 milyon hektar, mal-qaranın sayı isə təxminən 10,5 milyon baş, əsasən iribuynuzlu mal-qara və qoyunlardan ibarət olub. Heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi aqrar sənayesinin karbon izinin artmasına səbəb olub: kənd təsərrüfatının ümumi emissiyası CO2 ekvivalentində 8 milyon tona çatıb. Karbon dioksid əsasən kənd təsərrüfatı texnikasında dizel yanacağından istifadə, metan və azot oksidi isə gövşəyən heyvanlarda bağırsaq fermentasiyası və peyinin parçalanması ilə bağlıdır.

Emissiyalara ən böyük töhfə – 64 % – bağırsaq fermentasiyasının payına düşür. Enerji istifadəsi 16 % təşkil edir. Eyni zamanda, iribuynuzlu mal-qara metan emissiyalarının 67 %-ni, qoyunlar isə 27 %-ni təmin edir ki, bu da emissiyaların strukturunda heyvandarlığın əhəmiyyətini vurğulayır.

Meşə ərazilərini (LULUCF) əhatə edən torpaqdan istifadə sistemi, karbon sekvestrasiyası [torpaqda karbon toplanması prosesi -red.] vasitəsilə tullantıları qismən kompensasiya edir. 2022-ci ildə LULUCF 5,2 milyon ton CO₂ ekvivalentinin xalis udulmasını təmin edib ki, bunun 3,6 milyon tonu 1,04 milyon hektar sahəsi olan meşələrin payına düşür. Beləliklə, meşə massivləri sektorun ümumi karbon balansını əhəmiyyətli dərəcədə azaldıb.

Hesabata görə, kənd təsərrüfatı istehsalının artmasına baxmayaraq, LULUCF çərçivəsində meşə ərazilərinin genişləndirilməsi tullantıların sabitləşdirilməsinin əsas vasitəsi olacaq. 2026-cı ilə qədər meşə sahəsinin 30 min hektar artacağı və meşə örtüyünün 12,3 %-ə çatacağı gözlənilir. Bu istiqamət Azərbaycanın meşə zonalarının genişləndirilməsini və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqini nəzərdə tutan 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyasına daxil edilib.

“AFOLU sektorunda emissiyaların azaldılması əsas emissiya mənbələrinə – heyvandarlıq və enerji istehlakına yönəlmiş tədbirlərin birləşməsi, həmçinin meşə sahələrinin artırılması ilə təmin ediləcək. Əsas istiqamət qabaqcıl yem əlavələri və rasionların tənzimlənməsi vasitəsilə heyvandarlıq sahəsində metan emissiyalarının azaldılması olacaq. Lakin, nəzərə alsaq ki, mal-qaranın əhəmiyyətli hissəsi sərbəst otlayır və yemlənmə sahələrində saxlanılmır bu tədbirlərin təsiri məhdud ola bilər.

Əlavə olaraq peyindəki emissiyaları azaltmaq üçün orta və böyük miqyaslı kompostlaşdırma qurğularının yaradılması nəzərdə tutulur. Mal-qara strukturunun optimallaşdırılması, o cümlədən daha iri heyvan cinslərinin payının artırılması da metan emissiyalarının azaldılmasına kömək edə bilər”, – sənəddə bildirilib.

Hesabatın müəlliflərinin fikrincə, kənd təsərrüfatı texnikasının dizel yanacağından elektrik alternativlərinə keçirilməsinə dair əhəmiyyətli emissiya azaltma potensialı mövcuddur. Bu həm nəqliyyat vasitələrinə və traktorlara, həm də stasionar avadanlıqlara – suvarma sistemləri, nasoslar və soyuducu qurğulara aiddir. Bu tədbirlərin həyata keçirilməsi enerjidoldurma və enerji saxlama üçün infrastrukturun inkişafını tələb edəcək.

“Digər istiqamətlər arasında dəqiq və şumsuz əkinçiliyin tətbiqi, gübrələrin həddindən artıq istifadəsinin azaldılması və torpaqların vəziyyəti haqqında ətraflı məlumat sisteminin yaradılması qeyd olunur. Dağlıq relyefə görə torpaqların eroziyaya qarşı həssaslığını nəzərə alaraq, belə bir sistem təbiəti qoruma tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm vasitə olacaq”, – hesabatda vurğulanır.

NDC-də qeyd olunur ki, meşə sahələrinin genişləndirilməsi təkcə AFOLU strategiyasının bir hissəsi olmayacaq, həm də digər sektorlarda emissiyaları kompensasiya etmək üçün bir vasitə olacaq və 2035-ci ilə qədər milli dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına kömək edəcək.

Bununla yanaşı, 2035-ci ilə qədər iqlim məqsədlərinə çatmaq üçün konkret tədbirləri əhatə edən hərtərəfli emissiyaların azaldılması strategiyasının qəbul edilməsi təklif olunur. Əsas tədbirlər arasında elektrik avadanlığına sürətli keçid, kompostlaşdırma qurğularının inkişafı və meşələrinin bərpası üçün münasib torpaqlardan istifadə var.

NDC-nin məlumatlarına görə, emissiyaların azaldılması, xüsusilə də avadanlığın elektrikləşdirilməsi və taxıl emalı texnologiyaları sahəsində əhəmiyyətli kapital qoyuluşları tələb edəcək. Elektrik həllərinə keçid, həmçinin yeni infrastrukturun yaradılmasını nəzərdə tutur. Əməliyyat xərcləri isə bir çox amillərdən asılı olacaq. Ən bahalı komponentlər arasında dəniz yosunları əsasında yem əlavələri və 3-NOP [iribuynuzlu mal-qarada metan emissiyalarını azaldan əlavə – red.] var. Bu isə metan emissiyalarının azaldılmasında əsas rol oynayır. Bütün sadalanan tədbirlərin uğuru əsasən kənd təsərrüfatının məhsuldarlığını qorumaq bacarığından asılı olacaq.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakıda soyğunçuluq və narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Next: Eldəniz Vəliyev: “AFEN Plaza”dakı partlayışla bağlı “Azəriqaz”ın əməkdaşları boru xətlərini təftiş edirlər

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.