Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib
CƏMİYYƏT

ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

Paraqraf.com ADY-yə istinadən xəbər verir ki, müzakirələr Bakıda səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşdə aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır.

Astara Terminalının layihələndirmə işlərinin 94 %-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82 %-i yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan, Braziliya və Türkiyə GIA qlobal iqlim təşəbbüsünə rəhbərlik edəcək

Next

Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved