Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • ABB-nin dəstəyi ilə “Agile” sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

ABB-nin dəstəyi ilə “Agile” sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

admin 24 Noyabr 2025 3 minutes read
IdjZiNKMU4g0oygvmzeyUEYr9RW7SdYRJtx7lDfE_825
PAYLAŞIN:

Noyabrın 25-də “Agile Azərbaycan” Beynəlxalq Sammiti başlanır. “Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!” devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, “Agile”a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. “Agile” metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır.

Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları “Agile”ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır.

Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq. Qeyd edək ki, ABB “Agile” metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 “Agile” struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini “Agile” metodologiyası əsasında yaradaraq inkişaf etdirir.

Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.

“Agile” iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib.

Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon manatdan çox müsbət maliyyə təsiri yaradıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Next: PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlanıb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.