Gürcüstan ilə Türkmənistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz layihəsi çərçivəsində daha da güclənir.
“Paraqraf.com”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Türkmənistanın Müstəqillik ve Daimi Birtərəflik Gününə həsr olunmuş tədbirdə çıxış zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, hər iki ölkədə regional daşımaların şaxələndirilməsi və Şərq – Qərb nəqliyyat xəttinin rəqabət qabiliyyətinin artırılması üçün sıx əməkdaşlıq edir. O qeyd edib ki, tranzit və liman infrastrukturu sahəsində davamlı tərəfdaşlıq Orta Dəhlizin inkişafında xüsusi əhəmiyyət daşıyır.
A. Xvtisiaşvili əlavə edib ki, layihə çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər yükdaşımaların sürətini və səmərəliliyini artırmaqla yanaşı, Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır.
Paraqraf.com
![]()
