Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Van İ: Çin Tacikistanla ticarət və investisiyaları artırmaq niyyətindədir
DÜNYA

Van İ: Çin Tacikistanla ticarət və investisiyaları artırmaq niyyətindədir

23 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Çin Takistandan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının idxalını genişləndirəcək və şirkətlərini bu ölkəyə investisiya qoymağa təşviq edəcək.

“Paraqraf.com”un “Reuters”ə istinadən məlumatına görə, bunu Çin xarici işlər naziri Van İ Düşənbəyə səfəri zamanı bəyan edib.

O, tacik həmkarı Sirojiddin Muhriddinə bildirib ki, Çin Tacikistan üçün “etibarlı və güvənilən tərəfdaş” olaraq qalacaq. Van İ həmçinin Tayvan məsələsində Çinin əsas maraqlarına göstərdiyi möhkəm dəstəyə görə Tacikistana təşəkkür edib.

“Çin və Tacikistan əməkdaşlığı dərinləşdirəcək, mineral resursların işlənməsi ni genişləndirəcək və ikitərəfli birgə patrullar vasitəsilə təhlükəsizliyi möhkəmləndirəcək”, – deyə o vurğulayıb.

Xatırladaq ki, 22 noyabrda Tacikistan Prezidenti Emomali Rəhmon Van İni qəbul edib. Rəhmon qeyd edib ki, Çin Tacikistanın əsas ticarət -iqtisadi və investisiya tərəfdaşlarından biridir. Bu konteksdə hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Qeyd olunub ki, 2025-ci ilin 10 ayı ərzində ikitərəfli ticarətin həcmi 2 milyard dollardan çox olub. Hazırda Çin və Tacikistan arasında iqtisadi əməkdaşlıq sənaye, xüsusilə dağ- mədən sənayesi, həmçinin nəqliyyat, energetika və kənd təsərrüfatı kimi strateji əhəmiyyətli sahələri əhatə edir.

Tərəflər rəqəmsal iqtisadiyyat, süni intellekt və “yaşıl” texnologiyaların tətbiqi sahələrində əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə ediblər. Tacikistanın kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracının nomenklaturasını və həcmini artırmaqda maraqlı olduğu da vurğulanıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xvtisiaşvili: Orta Dəhliz Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır

Next

Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved