Düzgün qidalanma sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin böyük bir qismi yanlış qidalanma nəticəsində maddələr mübadiləsinin pozulmasına bağlıdır. Buna görə də sağlam bəslənmənin aşağıdakı 10 qızıl qaydasına əməl etmək çox vacibdir:
1. Qidalar müxtəlif olmalıdır.
Hər gün eyni yeməyi qəbul etmək həm iştahanı azaldır, həm də qidalanma davranışına mənfi təsir göstərir. Rasiona müxtəlif qidalar daxil etmək həm sağlamlıq, həm də psixoloji rahatlıq üçün faydalıdır.
2. Kalori miqdarına diqqət edin.
Orqanizm özünə lazım olan kalorini bilir. Lazım olduğundan artıq enerji qəbul etmək isə artıq çəkidə özünü göstərir. Buna görə porsiya ölçülərinə nəzarət vacibdir.
3. Gündəlik qidalanmanı hissələrə bölün.
Aclıq hissini idarə etmək üçün gün ərzində 3–6 dəfə az-az yemək məsləhətdir. Bu, həm maddələr mübadiləsini sürətləndirir, həm də həddindən artıq yeməyin qarşısını alır.
4. Kifayət qədər zülal qəbul edin.
Orta hesabla hər kiloqrama 0,9 qram zülal düşməlidir. Məsələn, 60 kq çəkidə qadın üçün 54 qram, 80 kq çəkidə kişi üçün isə təxminən 72 qram zülal tələb olunur.
5. Yağ istehlakını nəzarətdə saxlayın.
Qızartmalar, yağlı souslar, kolbasa və hazır yeməklər yüksək yağ tərkibli olduğundan onları tez-tez istehlak etmək zərərlidir. Daha çox bişmiş və ya buğda hazırlanmış yeməklərə üstünlük verin.
6. Təzə meyvə, tərəvəz və taxıl məhsullarına yer ayırın.
Bu qidalar vitamin, mineral və liflə zəngindir. Gündəlik menyuda onların olması sağlamlığın qorunmasında mühüm rol oynayır.
7. Şəkər qəbulunu məhdudlaşdırın.
Şəkər orqanizmdə tez bir zamanda yağa çevrilir. Şirniyyatları ölçülü şəkildə qəbul etmək daha doğrudur.
8. Yeməklərinizi sağlam üsullarla hazırlayın.
Qidaların qida dəyərini itirməməsi üçün onları çox qaynatmaqdan və qızartmaqdan çəkinin. Daha yüngül və sağlam bişirmə üsullarından istifadə edin.
9. Kifayət qədər su için.
Su bədən temperaturunu tənzimləyir, həzmi yaxşılaşdırır və toksinlərin xaricinə kömək edir. Gündə ən az 2–3 litr maye qəbul etmək məsləhətdir.
10. Fiziki aktiv olun.
Hər gün idmanla məşğul olmaq və yeməkdən sonra ən az 20 dəqiqə gəzinti etmək qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir və stresi azaldır.
Cəfərova Validə
Paraqraf.com
![]()
