Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Rauf Zeyni sülh prosesində QHT-lərin rolunu açıqladı
MANŞETSİYASƏT

Rauf Zeyni sülh prosesində QHT-lərin rolunu açıqladı

23 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Uzun illər işğal altında olan torpaqlarımız 2020-ci ildə azad edildi və Azərbaycan tarixi Zəfərə imza atdı. 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə isə ərazilərimiz tam olaraq azad olundu, suverenliyimiz bərpa edildi və konstitusion hüquqlarımız təmin edildi. Bununla Azərbaycan öz torpaqlarına tam nəzarəti bərpa etdi”.

Bu fikirləri “Paraqraf.com”a Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni bildirib.

Onun sözlərinə görə, bu mərhələdən sonra sülh prosesi ilə bağlı intensiv danışıqlar başlayıb:

“Sülh sazişinin imzalanması istiqamətində mühüm addımlar atıldı. Artıq ictimaiyyət nümayəndələri də bu prosesə cəlb olunur, qarşılıqlı səfərlər və etimad quruculuğu missiyaları həyata keçirilir. Bu çərçivədə 8 avqust tarixində Vaşinqtonda tarixi sülh sazişinin paraflanması baş verdi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan nümayəndələri sənədin ilkin mərhələsinə imza atdı. Bu, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanmasına zəmin yaradır”.

Rauf Zeyni qeyd edib ki, 8 avqust paraflanması Azərbaycanın növbəti siyasi qələbəsi kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, bundan sonra hər iki ölkənin ictimaiyyət nümayəndələri arasında münasibətlərin qurulması prosesi aktivləşib.

“Təxminən bir ay əvvəl 5 azərbaycan QHT nümayəndəsi Ermənistana səfər etdi və Ermənistan QHT-ləri ilə görüşlər keçirdi. Hazırda isə cavab səfəri çərçivəsində 5 Ermənistan QHT təmsilçisi Bakıya gəlib və dialoq davam etdirilir. Bu qarşılıqlı səfərlər, aparılan müzakirələr sülhün möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüslərdir”, – deyə Zeyni vurğulayıb.

O əlavə edib ki, ictimai diplomatiya fəaliyyəti yeni proses deyil:

“Biz hələ MQF-nin təşəbbüsu ilə 10 il bundan öncə, müharibədən əvvəl də bu istiqamətdə müxtəlif işlər görmüşdük. O zaman Bakıda keçirilən konfransa Ermənistan nümayəndələri – Vahe Avetyan, Vaan Martirosyan, Suzan Caginyan və digərləri dəvət olunurdu. Həmin illərdə Azərbaycan və Ermənistan QHT-ləri arasında sülh platforması yaradılmışdı. Bu gün atılan addımların təməli məhz o dövrdə qoyulmuşdu”.

Sonda Rauf Zeyni bildirib ki, hazırda aparılan dialoqların konstruktiv nəticələr verəcəyinə inanır:

“Görüşlərin səmərəli olacağına, nəticədə həm xalqımız, həm də region üçün uğurlu nəticələrin ortaya çıxacağına ümid edirik”.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Barselona”ya görə məhkəməlik oldu

Next

Sağlam qidalanmaq üçün nə etməliyik?

Copyright 2026— Praqraf.com. All rights reserved