Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Donald Trampın ən yaxın silahdaşlarından biri öz postunu tərk etməyə hazırlaşır
DÜNYA

Donald Trampın ən yaxın silahdaşlarından biri öz postunu tərk etməyə hazırlaşır

22 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Konqresin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin (Corciya ştatından respublikaçı) yanvar ayının əvvəlində öz postunu tərk etmək niyyətində olduğunu bildirib.

Paraqraf.com xəbər verir ki, o, “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

“Mən postumu tərk edirəm, 5 yanvar 2026-cı il mənim bu vəzifədə sonuncu günüm olacaq”, – paylaşımda deyilir.

Prezident Donald Tramp isə Teylor-Qrinin 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsini tərk etmək qərarını “əla xəbər” adlandırıb.

“Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir. Bu əladır”, – deyə ABŞ lideri “ABC News” telekanalının jurnalisti Reyçel Skottla söhbətində bildirib. O əlavə edib ki, qanunverici öz qərarı barədə ona əvvəlcədən məlumat verməyib.

Teylor-Qrin uzun müddət Konqresdə Trampın ən yaxın silahdaşlarından biri hesab edilib. Lakin ötən həftə ABŞ lideri onu sərt tənqid edib və seçkidə onu dəstəkləməyəcəyini bildirib. Tramp gileylənib ki, Teylor-Qrin onun siyasi qərarlarından narazılıq edir. Teylor-Qrin bildirib ki, Tramp xarici siyasət məsələlərinə həddindən artıq diqqət yetirir və bu da daxildəki siyasi məsələlərin ziyanınadır.

Qanunverici daha sonra bildirib ki, yetkinlik yaşına çatmayanların alverində ittiham olunan, həbsxanada intihar etmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların məxfiliyinin açılmasına çağırdığı üçün Tramp tərəfindən sərt tənqid edilib. Halbuki Konqres bu həftənin əvvəlində ABŞ Ədliyyə Nazirliyini bu işlə bağlı materialları açıqlamağa məcbur edən qanun layihəsini qəbul edib, Tramp da onu imzalayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Binəqədidə dörd işçinin faciəli şəkildə öldüyü hotelin icarədarı HƏBS OLUNDU

Next

Zelenski “sülh planı” üzrə danışıqçıların SİYAHISINI təsdiqlədi

Copyright 2026— Praqraf.com. All rights reserved