Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”
CƏMİYYƏT

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”

21 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”.

Paraqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişdə tamştatlı müəllimlərin işlərinə nəzarət mexanizmləri, islahatların gətirəcəyi neqativ hallarla bağlı suala cavabında deyib.

“Digər iş yerlərində çalışanlar bu və ya digər formada tamştatlı işləyirlər. O müəssisələrdə niyə işdən yayınma halları baş vermir?! Çünki müəssisə rəhbəri buna nəzarət edir. Müvafiq yoxlamalarla bunu həmişə müəyyən etmək mümkündür.

Biz az saylardan başlayırıq, 2027-ci ildə pilot layihə kimi bir neçə min olacaq, 20 min tamştatlı müəllim sayına 2030-cu ildə çatmaq istəyirik. Həmin məktəblərdə nəzarət də pilot olmalıdır, müəllimin qiymətləndirilməsi də olmalıdır.

Sistem belə işləyəcək: müəllimin illik saat yükü müəyyən olunur, deyilir ki, sən tamştatlı müəllimsən, bu qədər saatda bu işi görəcəksən, dərs deyəcəksən, bundan başqa, sənin bu işlərin var. Onların şərti olaraq nəticələri göstərilir: summativ testlər hazırlamaq, valideynlərlə görüşlərin sayı rəsmiləşdirilir və ya tədbirlərin təşkili öhdəliyi qoyulur. Yəni nəzarət mexanizmləri mümkündür. Bunu risk kimi qiymətləndirmirəm”, – nazir bildirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına

Next

Nizami və Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved