Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Gəncədə həkim tibb bacısının əri tərəfindən döyülüb
HADİSƏ

Gəncədə həkim tibb bacısının əri tərəfindən döyülüb

20 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Paraqraf.com “Teleqraf”a istinadən xəbər verir ki, hadisə laborator analizlərin verilməsi zamanı narazılıq səbəbindən yaşanıb. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan Zərifə adlı tibb bacısının əri Kəyan tərəfindən döyülüb.

İttihama görə, həmin gün reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında narazılıq yaşanıb. Daha sonra tibb bacısı Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim edildiyini bildirib və mübahisə yaranıb.

Bir qədər sonra klinikaya gəlmiş Kəyan adlı şəxs laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb və göz nahiyəsinə yumruqla zərbə endirib. Həkim yıxılıb və həmin an Kəyan onun başına yumruq vurmağa davam edib.

Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu hiss etdiyini, dəhlizdə həkimlə aralarında mübahisə yarandığını və sonradan davaya çevrildiyini deyib. O, əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.

Hadisə klinikanın nəzarət kameraları tərəfindən də lentə alınıb.

Məhkəmənin hökmü ilə Kəyana doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ millisinin baş məşqçisi Poçettino: “Mən süpürgəçi deyiləm!”

Next

Tramp ABŞ maliyyə nazirini işdən çıxaracağı ilə bağlı hədələyib

Copyright 2026— Praqraf.com. All rights reserved