Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“The Wall Street Journal”: “Yeni sürətli silahlanmaya start verilib”
DÜNYA

“The Wall Street Journal”: “Yeni sürətli silahlanmaya start verilib”

17 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Yeni sürətli silahlanmaya start verilib, bundan sonra ABŞ Rusiya və Çinlə qarşıdurmaya hazırlaşmalıdır”.

Paraqraf.com xəbər verir ki, bu iddia ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşrində yer alıb.

“Rusiya ilə ABŞ-nin “START-III” kimi, müddəti fevralda başa çatan silahlara nəzarət üzrə bəzi məhdudiyyətlərə hələ də riayət etdikləri bir vaxtda, bu sahədə heç bir öhdəliyi olmayan Çin sakit, lakin sürətlə önə çıxır. ABŞ-nin hesablamalarına görə, 2030-cu illərin ortalarında ÇXR yerləşdirilmiş nüvə başlıqlarının sayına görə ABŞ ilə təqribən eyni səviyyədə olacaq.

Moskva və Pekin arasında münasibətlərin möhkəmlənməsi artıq ABŞ və onun Avropa və Asiyadakı müttəfiqləri üçün strateji qeyri-müəyyənliyin görünməmiş səviyyəsini yaradıb”, – nəşr yazır.

Atlantik Şurasının Skoukroft Mərkəzinin direktoru və Hərbi Nazirliyin keçmiş əməkdaşı Mətyu Kröniq qəzetə açıqlamasında deyib ki, indi dünya nüvə cəbbəxanalarını azaltmağa deyil, artırmağa doğru irəliləyir və 1990-cı və 2000-ci illərə deyil, daha çox soyuq müharibəyə bənzəyən üçüncü nüvə dövrünə daxil olur.

Digər ekspertlər bildiriblər ki, ABŞ yeni təhdidlərə yavaş reaksiya göstərib və onun bütün nüvə modernizasiyası proqramı ölkənin Rusiya ilə silahları azaltmağa davam edəcəyi, Çinlə Şimali Koreyanın ABŞ-nin mövqeyinə heç bir təhdid törətmədiyi inancına əsaslanıb, lakin zaman bu fikrin yanlış olduğunu göstərib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Hərb Nazirliyinə dərhal nüvə sınaqlarına başlamağı tapşırıb və qərarını digər nüvə dövlətlərinin fəaliyyətləri ilə izah edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev: “Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir”

Next

“Euronews”: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

Copyright 2026— Praqraf.com. All rights reserved