Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 17
  • Təhsilin sabaha açılan qapısı: Dərya Groupdan ilhamverici tədbir

Təhsilin sabaha açılan qapısı: Dərya Groupdan ilhamverici tədbir

admin 17 Noyabr 2025 5 minutes read
IMG-20251117-WA0056
PAYLAŞIN:

Müasir dünyada təhsil yalnız bilik ötürmək deyil, həm də cəmiyyətin inkişaf xəritəsini müəyyən edən ən güclü vasitələrdən biridir. Bu səbəbdən “Təbiət və Cəmiyyət” İctimai Birliyinin dəstəyi ilə Dərya Groupun təşkil etdiyi “Təhsil Gələcəyimizdir 2” tədbiri, ölkəmizdə maarifçilik ənənəsinin daha da gücləndirilməsi və təhsilin gələcək istiqamətlərinin müzakirəsi üçün mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.

Bu tədbirin məqsədi təhsil icmasını, məktəb rəhbərlərini, müəllimləri, valideynləri, psixoloqları, tələbələri və cəmiyyətin müxtəlif sahələrindən olan mütəxəssisləri bir araya gətirərək ortaq bir məqamı vurğulamaqdır:
Gələcəyin əsasını bu gün qoyduğumuz təhsil sistemi formalaşdırır.

Paraqraf.com saytının baş redaktoru, Dəryanın icraçı direktoru Həsən Məmmədov tədbirdə təhsil sahəsində gənclərin rolundan, onların təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətindən danışdı.
O, real təhsil problemlərinin gənc nəsil tərəfindən necə görüldüyünü, gənc müəllimlərin və tələbələrin innovativ ideyalarının vacibliyini vurğuladı. Həsən Məmmədov çıxışı səmimi, qısa, lakin dərin məzmunlu olduğu üçün tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Dərya Group təsisçi və rəhbəri Aytac Məhərrəmovanın çıxışı isə tədbirin həm ruhunu, həm də məqsədini tam əks etdirən hissə oldu. Aytac Məhərrəmova tədbirin missiyasını izah etdi , təhsil sahəsində keçirilən vebinarların əhəmiyyətini vurğuladı, müəllimlər, psixoloqlar, direktorlar, valideynlər və digər sahə nümayəndələrinin bir araya gəlməsinin dəyərindən danışdı, Dərya Group-un təhsilə verdiyi töhfələri xüsusi qeyd etdi. Bu çıxışın tədbirin əsas xəttini müəyyən etdi və iştirakçılara ilham verdi.

Spikerlərin çıxışları – Təhsilə fərqli baxışlar
Milli Məclisin deputatı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Ceyhun Məmmədov müəllimlik missiyasının cəmiyyət üçün nə qədər strateji əhəmiyyət daşıdığını vurğulayaraq, müəllimlərin XXI əsr bacarıqları, dəyərləri və peşə etikasının yeni tələblərini izah etdi.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxışı təhsil sistemində yenilənmə, innovativ yanaşmalar və lider müəllim modelinin qurulması mövzularına yeni nəfəs gətirdi.

Diksleksiya üzrə mütəxəssis, xüsusi pedaqoq Vəfa Əhmədova xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin düzgün qurulması, diksleksiya ilə bağlı yanlış stereotiplərin aradan qaldırılması mövzularında praktik biliklər təqdim etdi.

Klinik psixoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Leyla Elman çıxışı psixoloji mühitin uşağın inkişafına təsiri, ailə və cəmiyyət münasibətlərinin psixoloji təhlili ilə tədbirin ən maraqlı hissələrindən biri oldu.

Özəl qonaqlar – Təhsil və cəmiyyətin tanınmış simaları

Azərbaycanın əməkdar müəllimi Zülfiyyə Vəliyeva müəllim şəxsiyyətinin cəmiyyətdə rolundan və müəllimin insan taleyinə təsir gücündən danışdı.

Təhsil eksperti Mələkxanım Yusifli təhsilin keyfiyyət göstəriciləri və xarici dil tədrisinin düzgün strategiyası haqqında çıxış etdi.

Beynəlxalq dərəcəli pedaqoq, Reha Təlim və Tədris mərkəzinin təsisçisi İlhamə Axundova inklüziv təhsilin elmi yanaşmalarını paylaşıb, xüsusi ehtiyaclı uşaqların təliminə yeni baxış təqdim etdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenant Kamil Musavinin çıxışı tədbirin ən təsirli məqamlarından biri oldu. O, Vətən sevgisi, gənclərin vətənpərvər tərbiyəsi, nizam-intizam və psixoloji dözümlülük, müəllimlərin cəmiyyətdəki əvəzsiz rolu kimi mövzulara toxunaraq tədbir iştirakçılarına motivasiya və qürur hissi yaşatdı. Onun sözləri xüsusilə gənclər və müəllimlər üçün dəyərli mesajlar idi.

Bu tədbir bir daha sübut etdi ki: Təhsil sadəcə bir sahə deyil – gələcəyin yönünü müəyyən edən ən böyük gücdür.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Visited 154 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ekspert: Azərbaycanda 4 günlük iş rejimi ola bilər
Next: İş yerində münasibətlərin sirri: Harada səmimiyyət bitir, peşəkarlıq başlayır?

OXŞAR MÖVZULAR

IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

admin 24 Aprel 2026
IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026
F8UTaLrIHzL4CHthgWoDfsZOljoCTMLcBe8dBGIm_1200

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.