Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Range Rover”lə qəza törədib qaçan gənc “makler”lə bağlı QƏRAR
CƏMİYYƏT

“Range Rover”lə qəza törədib qaçan gənc “makler”lə bağlı QƏRAR

17 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ali Məhkəmədə ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən Elgün Kərimovun barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Paraqraf.com Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kasasiya şikayəti geri götürülüb.

Məhkəmə buna müvafiq qərar qəbul edib.

İttihama görə, ötən il 29 sentyabrda saat 23 radələrində baş verən qəza Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnib. Hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimov saxlanılıb və o, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə (“makler” fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, “makler” dostları ilə birgə Pirşağıdakı məşhur restoranlardan birinə yollanıblar. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü “Range Rover Sport” markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobillə geri qayıdarkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı Raqif Abbasovu vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq. Onun apellyasiya şikayəti təmin edilməyib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

Next

Ukrayna Prezidenti Fransaya gedib

Copyright 2026— Praqraf.com. All rights reserved