Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İş yerində münasibətlərin sirri: Harada səmimiyyət bitir, peşəkarlıq başlayır?
MANŞETÖZƏL

İş yerində münasibətlərin sirri: Harada səmimiyyət bitir, peşəkarlıq başlayır?

17 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Müasir iş mühitində insanlarla düzgün ünsiyyət qurmaq ən az peşə bilikləri qədər vacibdir. İşçilər arasında səmimiyyət və mehribanlıq yalnız xoş atmosfer yaratmır, həm də komandanın ümumi məhsuldarlığını artırır. İnsanların bir-birinə anlayış göstərməsi, əməkdaşlıqda ədalət və dürüstlüyü qoruması sağlam iş münasibətlərinin əsasını formalaşdırır.

 

İnsan resursları və işə qəbul üzrə eksperti Sevda Quliyeva “Paraqraf.com”a bildirib ki, bütün münasibətlərdə ədalətlilik və təvazökarlıq prinsipləri qorunmalıdır:

“Münasibətlərdə davranışlar etik normalara uyğun, individual yanaşma olmalıdır. Çünki hər kəsin özünəməxsusluğu var. Rəhbərlik də işçilər arasında öz təvazökarlığını, sadəliyini qorumalıdır. Bəzən şirkət rəhbərliyi naharını işçilər arasında normal qaydada etmir. Nahar fasiləsi belə insanlara mənəvi cəhətdən təsir edir. Buna görə də insan özünə necə rəftar olunmasını istəyirsə, qarşısındakı insana da eyni münasibəti bəsləsin. Hər bir detal nəzərə alınmalıdır. Çünki insan xoşbəxt deyilsə, şirkətdə də iş yoldaşını xoşbəxt edəcək durumda ola bilmir”.

Ekspert əlavə edib ki, işçilər arasında dürüstlük, sadiqlik, empatiya və şəffaf münasibət olmalıdır:

“Dünyada vəzifə uğrunda bir-birini incitmək, alçaltmaq doğru deyil. Etik normalara riayət olunmalıdır. Bəzən rəhbər heyətinin işçilərlə sadə və təvazökar olmasından işçilər istifadə etməyə başlayıb, rəhbərlərinə ‘sən’ deyə müraciət etməyə başlayırlar. Buna görə də rəhbər daha sərt olmağa qərar verir. Hər kəs öz “qırmızı xətt”ini bilməlidir”.

Sonda Sevda Quliyeva işçilərə tövsiyə edib ki, əgər qarşı tərəf sənə səmimi münasibət bəsləyirsə, bu, o demək deyil ki, sən həddini aşmalısan. Sən də öz çərçivələrin daxilində həmin insana hörmətini məsuliyyətli və vicdanlı şəkildə yerinə yetirməlisən.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təhsilin sabaha açılan qapısı: Dərya Groupdan ilhamverici tədbir

Next

Zəngəzur dəhlizi üçün Azərbaycana da gələcək

Copyright 2026— Praqraf.com. All rights reserved