Abşeronda şirniyyat sexində bədbəxt hadisə: Kişi əlini itirdi
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.
Paraqraf.com “Report”a istinadla xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində orada işləyən qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()