Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Teleqramda yayılmış zərərli link panika yaratdı: Müəllimin nömrəsindən hamıya mesaj göndərildi
ÖZƏL

Teleqramda yayılmış zərərli link panika yaratdı: Müəllimin nömrəsindən hamıya mesaj göndərildi

15 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə aparılan maarifləndirici paylaşımlar istifadəçilərin məlumatlı olmasına şərait yaratsa da, bəzən ani diqqətsizlik zərərli nəticələrə səbəb ola bilər. Son günlər Teleqram istifadəçiləri arasında yayılan zərərli linklə bağlı yeni hal qeydə alınıb.

Hadisə bir müəllim yoldaşdan daxil olan mesajla başlayıb. Mesajı alan şəxs göndərilmiş linkə keçid etsə də, səhifə açılmayıb. Daha sonra məlum olub ki, həmin müəllimin nömrəsi kimdə varsa, eyni məzmunlu link hamıya avtomatik olaraq göndərilib. Beləliklə, çoxsaylı istifadəçi həmin linkə daxil olub və təhlükə ilə üzləşib.

Hadisədən sonra link göndərilən müəllimlə əlaqə saxlanılıb və o da gün ərzində bu məsələ ilə bağlı çoxsaylı zəng və müraciətlər aldığını bildirib. Daha sonra məlum olub ki, qohum və tanışların bir qismi də həmin keçidə daxil olub.

Mütəxəssislər bildirirlər ki, bu kimi halların qarşısını almaq üçün tanışlardan gələn mesajlara belə diqqətlə yanaşmaq lazımdır. Xüsusilə naməlum linklərə daxil olmaq, şəxsi məlumatların ələ keçirilməsi və cihazların zərərli proqramlarla yoluxması riskini artırır.

İstifadəçilərə xəbərdarlıq edilir:
– Tanımadığınız və ya şübhəli görünən linklərə daxil olmayın.
– Tanışınızdan gəlsə belə, linkin etibarlılığını yoxlamadan açmayın.
– Hesabınızda təhlükəsizlik parametrlərini gücləndirin.
– Şübhəli hərəkət müşahidə edildikdə dərhal hesabı bərpa edin və yaxın çevrənizi məlumatlandırın.

Hər kəs sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində yayılan naməlum linklərə qarşı daha diqqətli olmalıdır. Bu cür halların qarşısı yalnız məlumatlılıq və ehtiyatlı davranışla alına bilər.

 

Samirə Hüseynova

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Uşaqlığın Günahsızlığı”: Bir şagirdin haqsızlıqla üz-üzə gəlişinin hekayəsi

Next

İnfluenserlər nə istəyir? – Sosial medianın yaratdığı yeni təhlükə

Copyright 2026— Praqraf.com. All rights reserved