Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 15
  • Sumqayıt Dövlət Universiteti I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumuna ev sahibliyi edib

Sumqayıt Dövlət Universiteti I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumuna ev sahibliyi edib

admin 15 Noyabr 2025 7 minutes read
579643422_1406897204449922_794055160090561936_n
PAYLAŞIN:
Noyabrın 12-də Sumqayıt Dövlət Universitetində I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib.
Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Türkiyə Cümhuriyyəti İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK), MÜSİAD Azərbaycan, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilatçılğı və SİNAM şirkətinin Baş sponsorluğu ilə baş tutub.
Simpoziumda Türkiyə və digər türkdilli ölkələrin 30-dan çox nüfuzlu universitetindən nümayəndələr, eləcə də iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstün önünə gül dəstələri qoyublar.
Simpozium Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Qarabağ mövzusunda qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq qonaqları və iştirakçıları salamlayıb. O, simpoziumun ölkəmizdə 12 Noyabr ─ Konstitusiya Gününə təsadüf etdiyini qeyd edərək, bütün iştirakçıları bu münasibətlə təbrik edib. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və referendum yolu ilə qəbul edilən Konstitusiya aktının tarixi əhəmiyyətindən bəhs edib, onun dövlətçiliyimizin möhkəmlənməsində və hüquqi əsaslarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Əminağa Sadıqov ölkəmizdə iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, bu uğurların sistemli islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin dünən baş vermiş Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı, həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Əminağa Sadıqov çıxışında türkdilli dövlətlərlə möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirib. Xüsusilə maliyyə, mühasibat və audit sahələrində rəqəmsallaşma, süni intellekt və verilənlər bazasının idarə edilməsi kimi istiqamətlərin bu gün üçün ən aktual məsələlərdən olduğunu vurğulayıb.
O, bu cür beynəlxalq simpoziumların keçirilməsinin universitetin elmi nüfuzunun yüksəlməsinə, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, simpoziumu açıq elan edib və məruzəçilərə uğurlar arzulayıb.
Milli Məclisin deputatı Tahir Mirkişili çıxış edərək vurğulayıb ki, bu simpozium son dərəcə aktual bir mövzuya həsr olunub. Qeyd edib ki, müasir dövrdə, rəqəmsallaşma və innovasiyalar əsrində, iqtisadiyyatda yeni çağırışlar meydana çıxır. Rəqəmsal iqtisadiyyat dəyərliliyi, şəffaflığı və səmərəliliyi ön plana çıxarır, maliyyə isə artıq sərhəd tanımır. Tahir Mirkişili vurğulayıb ki, maliyyənin əsas obyektləri pul və məlumatlardır, bu isə informasiya təhlükəsizliyinin və düzgün idarəetmənin əhəmiyyətini daha da artırır. O, həmçinin qeyd edib ki, mühasibat uçotu iqtisadiyyatın “dili” hesab olunur və bu sahədə süni intellektin, rəqəmsal texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Millət vəkili çıxışının sonunda innovasiya və texnologiyanın öyrənilməsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman isə çıxışında Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün adından salamlarını çatdırıb. O, Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsinə tərəfdar olmaqdan qürur duyduqlarını bildirib, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıqdan və ortaq hədəflərdən danışıb.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Bursa Uludağ Universitetinin prorektoru professor Zekeriyya Arı, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Türkiyə Respublikası, KGK-nın ikinci sədri Hayrettin Kurt, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, MUSİAD Azərbaycan Təşkilatının İdarə Heyətinin sədri Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, Elm və Təhsil Nazirliyinin Baş məsləhətçisi Osman Hacıyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış edərək simpoziumun elmi və praktik əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu beynəlxalq tədbir mühasibat, maliyyə, audit və rəqəmsallaşma sahəsində müasir çağırışların müzakirəsi, elmi biliklərin inteqrasiyası və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından böyük önəm daşıyır.
Simpozium öz işini “Türk dünyasında mühasibat uçotu və audit sahəsində yeni trendlər və çağırışlar”, “Peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi”, “Mühasibat və audit sahəsində beynəlxalq və milli standartların tətbiqi”, “Mühasibatlıq və auditdə rəqəmsallaşmanın və süni intellektin tətbiqi: yerli və beynəlxalq proqramların qarşılaşdırılması – 1”, “MHBS və audit standartlarında edilən son dəyişikliklər və biznesdə yaranan yeni maliyyə alətləri – 1”, “Vergi qanunvericiliyində 2025-ci ildə edilmiş dəyişikliklərin tətbiqinin vəziyyyəti və 2026-cı ildə gözlənilən dəyişikliklər” adlı bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub.
Simpozium çərçivəsində qonaqlar üçün Sumqayıt şəhərində gəzinti təşkil olunub.
Qeyd edək ki, simpozium işini noyabrın 13-də Xəzər Universitetində davam etdirəcək.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Bakı–Ankara–İslamabad üçbucağı Azərbaycanın geostrateji mövqeyini gücləndirir” – Pərvanə Vəliyeva
Next: Göygölün icra başçısı vəzifəsindən azad edilib

OXŞAR MÖVZULAR

IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.