ABŞ prezidenti nüvə sınaqları keçirəcəyini təsdiqləyib
Prezident Donald Tramp ABŞ-nin yaxın gələcəkdə nüvə sınaqları keçirəcəyi ilə bağlı əvvəlki açıqlamalarını təsdiqləyib.
“Paraqraf.com” un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Floridaya gedərkən “Air Force One” təyyarəsində bildirib.
” Biz çox tezliklə nüvə sınaqları keçirəcəyik, çünki onları başqaları aparır”, – Tramp jurnalistlərə deyib.
O, nüvə başlığının özünün partladılacağı ilə bağlı suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, ABŞ modernləşdirilmiş “B61-12 ” termonüvə bombalarını uğurla sınaqdan keçirib.
Paraqraf.com
![]()