Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Utanılası tarix – Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış

Utanılası tarix – Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış

admin 14 Noyabr 2025 6 minutes read
92b26cb68fd3188dad39ab8cd30e722d
PAYLAŞIN:

Azərbaycanın son 110 illik tarixinə dair materiallar işıq üzü gördükcə, təfərrüatlar açıldıqca, adam heyrətlənir ki, millət olaraq haradan haraya və necə gəlmişik.

Aşkara çıxır ki, taleyimizə sahib çıxa bilmədiyimiz illərdə, istər Şaumyanın Bakı kommunasına rəhbərlik etdiyi vaxt, istərsə də 1920-ci ildən 1933-cü ilə qədər, xalqımızın taleyi tükdən və yadellil rəhbələrdən asılı olub.

Bu günlərdə Azpost.info saytı klassik yazıçımız Məmməd Səid Ordubadinin M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Nərimanovçuluq” adlı memuarını dərc edib və həmin nəşrdən aydın olur ki, 103-105 il əvvəl də ölkəmiz daxili siyasi intirqaların burulğanında olub.

Ordubadi həmin xatirə yazısında Nəriman Nərimanovla tanışlığından, görüşlərindən və söhbətlərindən bəhs edib. O, Saritsında sürgündən qayıtdıqdan sonra bir müddət Həştərxanda yaşayıb və Nərimanovla orada tanış olub. Maraqlıdır ki, yazıçı sonralar Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovla da Həştərxanda çox yaxın, ailəvi dost olub.

Ordubadi Nərimanovun kommunist olduğunu vurğulasa da, onda millilik xətinin olduğunu da qeyd edir. Belə anlaşılır ki, Nərimanov rus bolşevizmini birəbir şəkildə öz ölkəsinə “kopi-peyst” etmək istəmirmiş.

Ordubadi yazır: “Nərimançılıq sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi. Lakin o bu qədər müxtəlif və bir-birinə zidd olan fıkirləri vahid bir qəlibə salmağı bacarmırdı, o həmişə düşünür və çabalayırdı”.

Memuarın daha maraqlı yerləri isə bunlardır: “Dadaş Bünyadzadə, İsrafilbəyov, Qədirli və daxiliyyə komissarı Həmid Sultanov və sairləri nərimançılıqla şöhrət tapsa belə, bu nəzəriyyənin nədən ibarət olduğunu anlamırdılar”; “Nərimanın qrupuna qarşı mübarizə aparan Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev, Mirzədavud Hüseynov, Qəzənfər Musabəyov və sairləri də Mərkəzi Komitənin mənafeyini müdafiə üçün mübarizə aparırdılar. Onların mübarizələrinin əsas mündəricatı Nəriman Nərimanovu komissarlar şurası sədrliyindən atmaq, onun yerinə Mirzədavud Hüseynov və Musabəyovlardan birini təyin etdirməkdən ibarət idi”.

Təsəvvür edin, bir partiyanın azərbaycanlı üzvlərinin arasında necə bir intirqa və qrupbazlıq varmış. Başqa sözlə, siyasətlə məşğul olaraq intriqabazlığı mübarizənin fövqünə qoymaq mərəzi bizə 100+ il öncədən qalıb.

Ordubadinin memuarında daha sonra oxuyuruq: “Nərimanov düşmənlərinə qarşı hər cür silahdan istifadə edirdi. O, düşmənlərinin Levon Mirzoyan tərəfındən müdafiə olunduğunu bilməmiş deyildi”.

Bu gündən baxanda yuxarıdakı cümlənin açması budur: erməni bolşevik Mirzoyan azərbaycanlı inqilabçıları bir-birinə qırdırırmış.

Yeri gəlmişkən, bulanıq suda balıq tutmağı yaxşı bacaran Mirzoyan sonradan azərbaycanlı bolşeviklərinin başının üstündən Azərbaycan KP MK-nın birinci katibi olub və 1926-29-cu illərdə ölkəmizi idarə edib.

Ordubadi yazır: “Nərimançıların mövqeyi o qədər də möhkəm deyildi. Çünki bu qrupun görkəmli üzvlərindən Dadaş Bünyadzadənin Nərimanovla axıra qədər həmfikir olacağına etibar yox idi. O, lazım gəldiyi zaman Nərimanovu çox ucuz sata bilərdi”.

Axırda elə də olub. Dadaş Bünyadzadə Nərimanovu tək qoyaraq, Mirzoyanın tərəfinə keçib.

Məqalədə daha sonra qeyd olunur: “Nəhayət, doktor Nəriman tərksilah edildi. O, razı qalmadığı işlər barəsində Moskvaya uzun bir məruzə məktubu göndərməyi qərara aldı. Məruzə məktubunda yazılan məsələləri yoxlamaq üçün məktub Azərbaycan Mərkəzi Komitəsinə göndərilmişdi. Mərkəzi Komitədə də Mirzoyan idi. Məktubda yazılan narazılıqlar da Mirzoyanın əleyhinə idi. Buna görə də məruzə məktubunu müzakirə etmək işini bir firqə təhqiqatı kimi aparmayaraq, Nərimanov üzərində bir məhkəmə prosesi qurdular”.

Mirzoyanın rəhbərliyi ilə Nərimanov üzərində qurulan məhkəmə necə olmalı idi? Nərimanovun məktubunda yazılan məsələlərin doğru olub-olmaması təhqiq edilməyib, Kremlə məktub yazılmasının özü “siyasi səhv” adlandırılaraq tənqid olunub. Ordubadinin qeydi: “Nəticədə bəziləri Nərimanın partiyadan qovulmasını təklif etdilər. İran kommunistlərindən Ağazadələr yuxarıdakı təkliflərlə razılaşmadılar. Onlar Nərimanın güllələnməsini təklif etdilər. Bu hadisə məni o qədər də təəccübləndirmədi. Çünki Nəriman əleyhinə düzələn qrupu Levon Mirzoyan idarə edirdi”.

Bundan sonra Nərimanov Azərbaycanda işləyə bilməyəcəyini anlayıb və Moskvaya gedib. Erməni Mirzoyanın fitvasına uyaraq ona qarşı çıxanlar isə bir-birinin ayağından dartmaqda, bir-birinə torba tikməkdə davam ediblər. Nəticədə 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycanı idarə edənlər başqa millətdən (rus, erməni, gürcü, polyak, yəhudi) olan bolşeviklər olub.

Sonradan, 30-cu illərin ortalarında o şəxslərin hamısı, o cümlədən artıq Qazaxıstan kommunistlərinə rəhbərlik edən Mirzoyan da güllələnib.

1933-cü ildən sonra Azərbaycana yadellilərin rəhbərlik etməsi ənənəsinə son qoyulub. Mircəfər Bağırov öz xalqının oğullarını ayağa verən partiyadaşlarını ona görə güllələtdirib ki, onun da başını yeməsinlər. Hələ o, özü də ətrafında bu xalqa düşmən olan rəhbər şəxslər toplayıb və bu xüsusda səhv etdiyini 1956-cı ildə, məhkəməsində etiraf edib.

 

Xalid KAZIMLI

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Putin siyasətinin dəyişməsi Tramp siyasətinin dəyişməsindən keçir
Next: Milli birliyin və həmrəyliyin manifesti

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.