Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Samirə Hüseynova: Ağdam Şəhəri Günü – Böyük Qayıdışın təntənəsi

Samirə Hüseynova: Ağdam Şəhəri Günü – Böyük Qayıdışın təntənəsi

admin 14 Noyabr 2025 7 minutes read
samire-xanim1
PAYLAŞIN:

Ağdam şəhəri  təkcə  sınaqlarla yoğrulan talelər , dağıdılmış evlər, viran qoyulmuş məscidlər, talan edilmiş məzarlıqlar, puç olmuş arzular deyil, iradənin və yenidən doğuluşun simvoluna çevildi. 27 illik həsrətə bürünmüş bu torpaq 2020-ci ildə öz sahibinə, öz doğma nəfəsinə qovuşdu. Bir güllə belə atılmadan, diplomatik məharətin, siyasi uzaqgörənliyin və Ordumuzun şanlı zəfərinin yaratdığı böyük dönüşlə Ağdam yenidən Azərbaycanla birləşdi. 10 noyabr Bəyanatı bu torpağın taleyində yeni səhifə açdı. Elə buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 20 noyabr qayıdışın, ədalətin və yeni başlanğıcın günü kimi “Ağdam Şəhəri Günü” kimi tarixə həkk edildi. Bu gün Ağdam yalnız bərpa olunan bir torpaq deyil O, xalqımızın sarsılmaz iradəsinin, yenilməzliyinin və böyük qayıdış arzusunun rəmzidir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını verir. Bu torpaqda yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün kiçik qalalar tikir, həyatlarını bu torpağın ətrafında qururdular. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət uzun illər bölgəyə istiqamət verən bir işıq, bir yol göstərici olub. Bu səbəbdən də “Ağdam” adı həm də “ağ ev”, “günəşlə işıqlanan məkan” kimi izah edilir. Ağdamın tarixi daha da qədimlərə uzanır. Üzərriktəpə arxeoloji tapıntıları sübut edir ki, bu ərazidə Eneolit dövründə – 6 – 8 min il əvvəl oturaq həyat mövcud idi. Burada tapılan qida qalıqları, gil qablar, yaşayış izləri Ağdamın Qafqazın ilk şəhər tipli məkanlarından biri olduğunu sübut edir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdamın 77%-ni işğal etdi. 1 şəhər və 80 kənd barbarcasına dağıdıldı. 143 min əhali didərgin salındı. Ağdamın iqtisadiyyatına vurulan ziyan 13 milyard dollardan çox oldu.Şəhər yerlə-yeksan edildi. Ermənilərin törətdiyi bu vandalizm Ağdamı “Qafqazın Xirosiması”na çevirdi.Prezident İlham Əliyevin sözləri bu faciənin dərinliyini açıq şəkildə ifadə edir: “Baxın, görün, Ağdam şəhəri yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Bu, erməni vandallığının, erməni faşizminin eybəcər sifətinin göstəricisidir”. İşğal müddətində ermənilər  Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozdular,Coğrafi adlar dəyişdirildi, evlər talandı, ərazilər yandırıldı, tarixi silməyə çalışıldılar. Amma tarix sübut etdi: haqq heç vaxt itmir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat Azərbaycan dövlətinin tarixi qələbəsini təsdiq edən sənəd olmaqla, bölgədə yeni siyasi reallıqlar formalaşdırmışdır. Həmin bəyanatın müddəalarına əsasən, işğalçı Ermənistan ordusunun Ağdam rayonundan çıxarılması təmin edilmiş, 2020-ci il noyabrın 20-də Ağdamın işğal altında olan əraziləri Azərbaycana təhvil verilmişdir. Bu addım həm dövlətimizin suverenliyinin bərpası, həm də yeni itkilərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyırdı. Ağdamın azad olunmasının əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 noyabr 2020-ci il tarixində “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusunun bu medalla təltif edilməsi Ağdam uğrunda göstərilən şücaətin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

İşğaldan azad olunan Ağdam Ermənistanın uzun illər ərzində həyata keçirdiyi vandalizmin ən ağır izlərini özündə daşıyır. Şəhər və kəndlər tamamilə dağıdılmış, mədəni və dini abidələr məqsədli şəkildə məhv edilmişdir. Bu səbəbdən Ağdam haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Lakin ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf kursu çərçivəsində Ağdamın bərpası genişmiqyaslı və planlı şəkildə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” işğaldan azad edilmiş ərazilər üzrə ilk təsdiq edilən baş plan kimi mühüm strateji sənəddir. Bu plana əsasən, Ağdam gələcəkdə 100 min nəfərin yaşayacağı, müasir şəhərçilik prinsiplərinə əsaslanan böyük bir şəhərə çevriləcəkdir. Baş Plan əsasında aparılan tikinti-quruculuq işləri artıq real nəticələr verməkdədir. Şəhərdə 5 məhəllə inşa olunması nəzərdə tutulur və hazırda 2-ci məhəllədə 66 binanın tikintisinə başlanılmışdır. Rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində bərpa işləri davam etdirilir və birinci mərhələlər üzrə açılışlar həyata keçirilmişdir. “Böyük Qayıdış” proqramı çərçivəsində 2025-ci ilin oktyabr ayına qədər 825 ailənin – 3318 nəfərin Ağdama köçürülməsi bu prosesin ardıcıllıqla icra olunduğunu göstərir. Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda parkda ümumi investisiya dəyəri 260 milyon manatdan çox olan 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. 9 müəssisənin işə düşməsi, 5-dən artıq müəssisədə tikintinin davam etməsi, həmçinin 938 nəfərin daimi işlə təmin edilməsi Ağdamın iqtisadi dirçəlişinin real göstəricilərindəndir. Şəhərin müasir nəqliyyat infrastrukturunun yaradılması sahəsində də ciddi addımlar atılır. Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa olunan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci il mayın 10-da istifadəyə verilmişdir. Gündəlik 800–1000 nəfərin dəmir yolu, 1300–1500 nəfərin avtovağzal xidmətlərindən istifadə edə bilməsi bu kompleksin regionun əsas nəqliyyat qovşaqlarından birinə çevriləcəyini göstərir. Eyni gün açılışı olan Ağdam Muğam Mərkəzi Qarabağın qədim muğam ənənələrinin bərpasında və təbliğində mühüm rol oynayacaq. 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi salonu və açıq amfiteatrı ilə Mərkəz şəhərin mədəni həyatının əsas ocaqlarından biri kimi fəaliyyət göstərəcəkdir.

Bütün bu faktlar göstərir ki, Azərbaycan dövləti Ağdamı yalnız bərpa etmir, eyni zamanda onu gələcəyin müasir şəhəri kimi yenidən qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Ağdam yaxın illərdə əvvəlki şöhrətini tam bərpa etmiş, regionun iqtisadi, mədəni və sosial inkişaf mərkəzlərindən birinə çevriləcəkdir.

Hüseynova Samirə Adəm qızı

Loading

Visited 36 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Vəkil olmaq istəyənlərin nəzərinə
Next: Putin siyasətinin dəyişməsi Tramp siyasətinin dəyişməsindən keçir

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.