Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qərbi Azərbaycan məsələsinə dair Prezident İlham Əliyevin çıxışının istiqamətverici məzmunu
MANŞETÖZƏL

Qərbi Azərbaycan məsələsinə dair Prezident İlham Əliyevin çıxışının istiqamətverici məzmunu

14 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Noyabrın 13-də Qərbi Azərbaycan İcmasında keçirilmiş müzakirədə iştirakım zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlərin əhəmiyyəti bir daha aydın şəkildə nəzərə çarpdı. Dövlət başçısının Qərbi Azərbaycan məsələsinə dair söylədiyi prinsipial mövqelər və strateji yanaşma icmanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı məqamlar Qərbi Azərbaycandan zorla deportasiya olunmuş soydaşlarımızın tarixi yaddaşının qorunması, bu həqiqətlərin elmi əsaslarla tədqiqi və beynəlxalq müstəviyə sistemli şəkildə təqdim edilməsi üçün yeni imkanlar açır. Dövlət başçısının müəyyən etdiyi yol xəritəsi qarşıdakı dövrdə icmanın fəaliyyətinin daha səmərəli, çevik və məqsədyönlü şəkildə təşkil olunmasını zəruri edir.

Müzakirə zamanı Prezidentin irəli sürdüyü prioritetlərin icmanın konseptual yanaşmasına, eləcə də hüquqi, tarixi və siyasi müstəvidə aparılacaq işlərin koordinasiyasına ciddi töhfə verəcəyi vurğulandı. Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması, faktların sistemləşdirilməsi və onların beynəlxalq ictimaiyyətə çatdırılması qarşıya qoyulan əsas vəzifələr kimi diqqətə alındı.

Beləliklə, bu müzakirələr Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə dair konseptual baxışının icmanın gələcək fəaliyyətində əsas istiqamətverici çərçivə rolunu oynadığını təsdiqlədi. İnanırıq ki, müəyyən edilmiş bu yol xəritəsi yaxın dövrdə Qərbi Azərbaycan məsələsinin daha geniş miqyasda təbliğinə və həqiqətlərimizin dünyaya çatdırılmasına mühüm töhfələr verəcək.

Возможно, это изображение текст

Misir Mərdanov

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Milli birliyin və həmrəyliyin manifesti

Next

“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved