Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Milli birliyin və həmrəyliyin manifesti

Milli birliyin və həmrəyliyin manifesti

admin 14 Noyabr 2025 7 minutes read
6c53c3ad12f9c186429eab9159775068
PAYLAŞIN:

Təsbitlərimizin adekvatlığı naminə mülahizələrimizdə fərziyyələrə yox məhz konkret faktlara istinad edək. Şübhəsiz ki, təqribən son beş-altı il ərzində ölkədə fəaliyyət göstərən siyasi partiyaların həyatında keyfiyyət etibarilə əlamətdar dəyişikliklər baş verib. Təbii ki, digər sahələrdə olduğu kimi, siyasi partiyalar müstəvisində də baş vermiş müsbət dəyişikliklərə cəmiyyət qısa müddət ərzində elə alışıb ki, mövcud istiqamətdə uzun illər ərzində yaşanan, yumşaq desək, durğunluq dövrü artıq unudulub. Bu, həm də ona görədir ki, biz son dövrlərdə siyasi münasibətlər müstəvisində yeni siyasi mədəniyyətin təzahürlərini müşahidə edirik.

Bəli, bu günlərdə siyasi partiyalar öz təkamül prosesində cəmiyyəti təmsil edən işlək siyasi institut kimi formalaşmanın aktiv mərhələsini yaşayırlar. Obyektivlik naminə şəxsi siyasi simpatiyaların məzmunundan asılı olmayaraq qeyd olunan təsbiti hər kəs təsdiq edə bilər. Siyasi partiyaların canlanması göz qabağındadır.

Bu fikirlər politoloq Asif Adilin “Milli birliyin və həmrəyliyin manifesti” sərlövhəli məqaləsində yer alıb. Musavat.com məqaləni təqdim edir.

Bütün təfərrüatlara varmadan ötən qısa müddət ərzində ölkənin siyasi partiyalar sistemində baş vermiş bəzi əlamətdar dəyişiklikləri, sadəcə, sadalayaq: iqtidar siyasi dialoq mühitini təşviq etməklə ictimai-siyasi münasibətlərin arxivinə göndərilmiş siyasi partiyaların reanimasiyasına nail oldu; təşviq olunan siyasi dialoq sayəsində ölkənin siyasi partiyaları “çayxana təşkilatı” imicindən qurtula bildi; informasiya məkanının əlçatanlığı sayəsində cəmiyyət konkret şəxsləri yox, məhz siyasi partiyaları tanımağa başladı; siyasi partiyaların müsbətə doğru ictimai imici dəyişilməyə başladı; iqtidarın normativ və institusional təşəbbüsləri sayəsində siyasi partiyaların fəaliyyətində hərc-mərcliyə son qoyuldu, pərakəndəlik aradan qaldırıldı, habelə cəmiyyət-siyasi partiyalar, həmçinin dövlət-siyasi partiyalar müstəvilərdə olan münasibətləri nizamlayan sistem yaradıldı; siyasi partiyalar arasında olan münasibətlər düşmənçilik müstəvisindən əməkdaşlıq müstəvisinə keçid etdi; dialoq mühitinin inkişafı sayəsində müstəqil Azərbaycanın tarixində heç zaman olmadığı qədər həm partiyaların, həm cəmiyyətin partiyalar ilə bağlı müəyyən gözləntiləri formalaşdı; siyasətdə sağlam əməkdaşlıq ənənələrin yaranması və inkişafı prosesi başlandı; yaradılan münbit şərait nəticəsində siyasi partiyalar ictimai rəyin və sosial sifarişin formalaşması prosesində vacib mexanizmə çevrildi; 11 siyasi partiyanın Milli Məclisdə təmsil olunması sayəsində siyasi plüralizm ənənələrinin inkişafı üçün mükəmməl zəmin yarandı; siyasi partiyalarının öz mövcudluğunu qoruyub saxlamaqla yox, məhz potensialların inkişafı ilə bağlı iddiaları formalaşdı və s.

Razılaşın ki, sadalanan amillər dayanıqlı demokratik ənənələrinin dərinləşdirilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi strateji proseslərdə əvəzolunmaz əhəmiyyətə malikdirlər. Əlbəttə ki, gündəlik həyatda və şəxsi münasibətlərdə olduğu kimi siyasi münasibətlər müstəvisində də daha böyük nəticələri arzu etmək, sosial-psixoloji təzahürü izləmək mümkündür. Misal üçün daha öncə mətbuata heç bir çıxışı olmayan partiyalarının indi öz mətbu orqanı var, onun fəaliyyəti üçün maliyyə dəstəyi alır və internet kanallarda çıxış etməklə kifayətlənmir, artıq daha çox dövlət televiziya kanallarında çıxış etmək istəyir; açıq şəkildə konkret sahələrin fəaliyyətini tənqid etməklə kifayətlənmədən artıq Milli Məclisdə daha çox nümayəndələri ilə təmsil olunmaq istəyir; partiyalar üçün informasiya əlçatanlığı elə bir dərəcəyə qədər inkişaf edib ki, cəmiyyət alternativ fikrin mövcudluğunun heç fərqində belə deyil və bu reallığı adi hal kimi qəbul edir; müxalifətdə olan bəzi siyasi partiya sədrlərinin ictimai reytinqi elə bir səviyyəyə qədər inkişaf edib ki, onlar sədrlik etdikləri partiyanı hətta regionun ən böyük partiyası olan YAP ilə müqayisə edirlər; elə partiyalar da var ki, onlar öz iqtisadi müstəqilliyini təmin etmək üçün dolayı yollar ilə artıq biznes tərəfə də boylanırlar. Halbuki, cəmi bir neçə il öncə bu cür partiyalar “olum-ölüm” seçimi ilə üz-üzə idilər. Əlbəttə ki, siyasi partiyalar sırasında fərdi münasibətlərdə olduğu kimi müəyyən yaxınlıq yarananda məsuliyyətsiz davrananlar da var. Bu cür halların baş verməsi nöqsan deyil, qaçılmaz fəsadlardır. Onlar siyasi partiya sisteminin zəif nöqtələrini ifşa edir və dövlətin təxribatlara qarşı immunitetini artırır.

Nəzərə alsaq ki, dünya ölkələrinin təcrübələrinə əsasən “yeridilən” və “satınalınan” demokratiya yalnız fəlakət və tənəzzülə səbəb olur, o zaman milli dövlətçilik ənənələrini qorumaqda, habelə demokratik münasibətlərin inkişafında siyasi partiyaların rolu danılmazdır. Bəs niyə son günlərdə biz nəzarətsiz internet məkanında bəzi “qüvvələr” tərəfindən siyasi partiyaları təkrar olaraq ləkələmək və etibardan salmaq cəhdləri ilə rastlaşırıq? Cavab üzdədir: kimlərsə siyasətdə sağlam münasibətləri və siyasi partiyaları manipulyasiya aləti kimi birdəfəlik itirməkdən çox qorxur. Vətəndaşlarımızın bilməli olduğu siyasi həqiqət budur.

Sevindirici hal odur ki, siyasi partiyaların cavabı özünü çox gözlətmədi. Belə ki, Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar birgə bəyanat yayıblar. Sözügedən bəyanatda öz əksini tapmış bu fikir bütün təxribatlara sillə kimi cavabdır: “Dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyi, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımları yüksək dəyərləndirərək Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edir və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyir”. Odur ki, mətbuatda dərc olunmuş bu bəyanat sadəcə siyasi partiyaların bəyanatı deyil, bu, sözün əsl mənasında milli birliyin və həmrəyliyin manifestidir.

Asif Adil

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Utanılası tarix – Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
Next: Qərbi Azərbaycan məsələsinə dair Prezident İlham Əliyevin çıxışının istiqamətverici məzmunu

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.