Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Kremlə Şok: Ermənistan Rusiya orbitindən çıxır!
MANŞETÖZƏLSİYASƏT

Kremlə Şok: Ermənistan Rusiya orbitindən çıxır!

14 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Son illərdə Ermənistanın xarici siyasətində müşahidə edilən dönüş Moskva–İrəvan münasibətlərinə ciddi təsir göstərib. İrəvanın Qərbə doğru yaxınlaşması və regionda “yeni siyasi reallıqlara uyğun mövqe formalaşdırmaq cəhdi” Rusiyanın narazılığına səbəb olur.

Mövzu ilə bağlı politoloq Tural İrfan Paraqraf.com-a bildirib ki, Ermənistanın prioritetlərinin dəyişməsi artıq açıq şəkildə görünür:

Tural İrfan | Gənc Ailə

“Ermənistan daha çox Qərbə yön alır və Bakı ilə Ankara ilə münasibətləri Rusiyanın iştirakı olmadan nizamlamaq istəyir. Bu isə Moskvanı ən çox narahat edən məqamlardandır. Ermənistan rəhbərliyinin son açıqlamaları da ölkənin Rusiya orbitindən uzaqlaşmaq niyyətini bir daha nümayiş etdirir. Rusiya uzun illər Ermənistanı öz orbitində saxlayıb və Azərbaycan–Ermənistan arasındakı keçmiş münaqişədə mühüm rol oynayıb. İndi isə Ermənistanın bu orbitdən çıxması Kreml üçün ciddi siqnaldır”.

Tural İrfanın sözlərinə görə, Moskva Ermənistandakı daxili siyasi proseslər üzərində təsir imkanlarını itirmək istəmir:

“Moskva hazırda Ermənistanda kilsə və ona yaxın qruplar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Rusiyaya bağlı fiqurların yenidən önə çəkilməsi Kreml üçün strateji məqsədə çevrilib. Ermənistan isə həm bölgədə, həm də beynəlxalq aləmdə nüfuzunu itirən Rusiya ilə yaxınlığı davam etdirməyin perspektivsiz olduğunu anlayır. Ukrayna müharibəsi Rusiyanın həm regionda, həm də dünyada təsirini ciddi şəkildə zəiflədib. Ermənistan bunu görür və Qərbə yön almağın daha rasional seçim olduğunu düşünür”.

Politoloq hesab edir ki, regionda dəyişən güc balansı İrəvana yeni imkanlar açır:

“Türkiyənin artan rolu, Azərbaycanın sülh təşəbbüslərinin aktuallaşması və Ermənistan üçün yaranan yeni perspektivlər ölkənin Rusiyadan asılılığını azaltmağa şərait yaradır. Ermənistan hazırda ən real inkişaf yolunun hansı olduğunu daha yaxşı dərk edir. Davamlı sülh, iqtisadi sabitlik və təhlükəsizlik üçün Qərblə əməkdaşlıq, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana daha real nəticələr verə bilər”.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Loqopedik Zəhmətin Dəyərləndirildiyi Gün

Next

Gənclərin karyera seçiminə ən böyük təzyiq kimdən gəlir? – Ailə, cəmiyyət, yoxsa dostlar?

Copyright 2026— Praqraf.com. All rights reserved