Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Gənclərin karyera seçiminə ən böyük təzyiq kimdən gəlir? – Ailə, cəmiyyət, yoxsa dostlar?
MANŞETÖZƏL

Gənclərin karyera seçiminə ən böyük təzyiq kimdən gəlir? – Ailə, cəmiyyət, yoxsa dostlar?

14 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bəzən gənclər karyera seçərkən ətraflarındakı insanların təzyiqlərinə məruz qalırlar. Bəzi gənclər öz ürəklərinin səsini dinləyib məqsədlərinin arxasınca gedirlər, digərləri isə sosial təzyiq altında arzularından imtina edirlər. Halbuki gənclərə sosial təzyiq göstərmək əvəzinə, onların arzularına hörmətlə yanaşmaq və dəstək olmaq ən doğru yanaşmadır.

Sosioloq Mail Yaqub “Paraqraf.com”a bildirib ki, karyera seçimində bir neçə şərt vacibdir:

“Gənc öz sevdiyi işi seçməlidir ki, həmin işdən həzz ala bilsin. Seçdiyi iş gəlirli olmalı və cəmiyyətdə aktual ehtiyac olmalıdır. Ən əsası isə seçilən sahə qanuna və hüquqa uyğun olmalıdır”.

Sosioloq əlavə edib ki, gənclər böyüklərin fikirlərini də nəzərə almalıdır:

“Heç kim valideynlərinin və böyüklərin fikirlərini kənara atmamalıdır. Bəzən gənc səhv yola yönəlir, dikbaşlıq edir. Bu təkəbbürlü davranış ona baha başa gələ bilər. Amma bəzən böyüklər də səhv istiqamət göstərə bilirlər. Belə hallarda müzakirə aparmaq lazımdır. Lakin gənclər mütləq sevdikləri peşə ilə məşğul olmalıdırlar”.

Sonda Mail Yaqub gənclərə tövsiyə edib ki, əgər bir sahəni sevmirsinizsə, valideynlər sizi məcbur etsə belə, həmin yerdə uğur qazana bilməyəcəksiniz.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kremlə Şok: Ermənistan Rusiya orbitindən çıxır!

Next

Hərbi xidmət müddəti nə üçün 6 ay azaldıldı? – ekspert AÇIQLAYIR

Copyright 2026— Praqraf.com. All rights reserved