Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Yeni avtobuslar “manatlıq”ların bazarını bağlayır

Yeni avtobuslar “manatlıq”ların bazarını bağlayır

admin 13 Noyabr 2025 3 minutes read
hq720
PAYLAŞIN:
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilib.
Avtobuslar Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə “20 Yanvar” stansiyasına qədər hərəkət edəcək.
18 metr uzunluğu olan avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
Paraqraf.com-un məlumatına görə, yeni avtobus xəttinin açılması Sumqayıtdan Bakıya gələnlərin ürəyincə olsa da, “manatlıq” taksilərin və mikroavtobus sürücülərinin kefinə soğan doğrayıb.
Çünki 500 nömrəli avtobus fəaliyyətə başlayandan sonra “manatlıq”lara maraq azalacaq. Sürücülərin sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, proses başlayıb. Artıq sərnişinlər “manatlıq”lardan deyil, yeni avtobus xəttində hərəkət edən avtobuslardan istifadə edirlər.
Avtobusun üstünlükləri nələrdir?
– Avtobus xüsusi zolaqla hərəkət edir, amma “manatlıq”lar və mikroavtobuslar həmin zolağa daxil ola bilmirlər. Ona görə də vaxt baxımından yeni avtobus daha sərfəlidir. Çünki “manatlıq”lar və mikroavtobuslar avtobus zolağına daxil ola bilmədiyi üçün uzun müddət tıxacda qalmalı olurlar. 500 nömrəli avtobuslar isə xüsusi zolaqdan istifadə etməklə, mənzil başına tez çatır.
– Avtobus “manatlıq”lara qiymət baxımından da zərbə vurub. Bakı-Sumqayıt və əksinə hərəkət edən taksilər adətən sərnişi 1-2 manata daşıdığı halda, 500 nömrəli avtobusun gedişhaqqı 0,80 manatdır.
– Əsas məqamlardan biri də təhlükəsizlikdir. Qeyd edilən istiqamətdə səfər edən vətəndaşlar bilirlər ki, “manatlıq”ların və mikroavtobusların sürücüləri nəqliyyat vasitəsini sürətlə idarə edirlər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir. Dövlət tərəfindən xəttə buraxılan avtobusların sürətinə isə xüsusi nəzarət olunduğu üçün sürücülər təhlükəli manevrlərdən çəkinirlər.
Təbii ki, sərnişin 1-2 manat ödəyib tıxacda uzun müddət gözləmək və təhlükəli anlar yaşamaq əvəzinə 0,80 qəpik ödəyib rahat avtobusdan istifadəni seçir. Bu isə “manatlıq”lara və mikroavtobuslara marağı kəskin azaldır. Nəticədə onların gəliri azalmağa doğru gedir. Proseslər göstərir ki, yaxın 3-4 il ərzində qeyd edilən xidmətə maraq azaldığı üçün “manatlıq”lar tarixə qovuşacaqlar.
Paraqraf.com

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Peşə və peşə-təmayüllü siniflərə dəstək vacibdir
Next: Mətbuatın inkişafına verilən dəstək – RƏYLƏR

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun” _innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

07 Mart 2026
Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

07 Mart 2026
Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

07 Mart 2026
Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi 645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.