Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Tanınmış rejissor təzyiqlərə görə boşanır: “Beş ildir mənə görə ona…”

Tanınmış rejissor təzyiqlərə görə boşanır: “Beş ildir mənə görə ona…”

admin 13 Noyabr 2025 3 minutes read
1762950156189954766169147c0c157f6
PAYLAŞIN:

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, kinorejissor Səidə Haqverdiyeva həyat yoldaşı, teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə boşanmaq qərarına gəlib.

Paraqraf.com xəbər verir ki, bu barədə Səidə Haqverdiyeva özünün “Facebook” hesabında diqqətçəkən paylaşım edib.

“Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il ərzində hər zaman qayğıkeş, ədalətli və xeyirxah olub. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir, amma buna məcburam”, – deyə o bildirib.

Rejissor qeyd edib ki, son illər ərzində həyat yoldaşına mənəvi təzyiqlər göstərilib və bu, onun səhhətinə ciddi təsir edib:

“Beş ilə yaxındır ki, məhz mənə görə müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz”.

Səidə Haqverdiyeva əlavə edib ki, Rəşad Əhmədzadə bu qərarı xoş qarşılamasa da, onun seçimlərinə hörmətlə yanaşıb.

O, həmçinin yaxın günlərdə özünə və ailəsinə təzyiq göstərən şəxslər barədə ətraflı məlumat paylaşacağını bildirib:

“Səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”.

Xatırladaq ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gün davam edən yoxlama aparılıb. Həmin dövrdə teatrın yaradıcı heyətinin əksəriyyəti dindirilməyə çağırılıb və onlardan izahatlar alınıb.

Səidə Haqverdiyeva o zaman verdiyi açıqlamada bildirmişdi ki, nə o, nə də teatrın rəhbəri, həyat yoldaşı Rəşad Əhmədzadə dindirilməyib:

“Yoxlama davam edir. Teatr kollektivinin çoxunu dindiriblər, hətta onlara izahat da yazdırıblar. Hələlik vəziyyət belə də davam edir”.

İddialara görə, yoxlamalar S.Haqverdiyevanın nazirliyi tənqid etməsindən sonra başlanıb. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə həmin vaxt bildirmişdi ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müəyyən pozuntulara dair müraciətlər daxil olub və yoxlamalar mərhələli şəkildə digər teatrlarda da davam etdiriləcək.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qəzada həlak olan hərbçi xərçəng xəstəsinə donor olubmuş
Next: Rusiya–Ermənistan münasibətlərinin son illərdə soyumasının əsas səbəbləri

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-02-21 at 23.34.20

“Ronaldonu ləkələmək üçün mənə böyük pullar təklif olunurdu”

admin 21 Fevral 2026
WhatsApp Image 2026-02-21 at 23.32.28

Özündən 29 yaş kiçik sevgilisi ilə Yunanıstanda görüntüləndi – Fotolar

admin 21 Fevral 2026
WhatsApp Image 2026-02-01 at 21.48.09

67 yaşlı general özünə toy etdi – VİDEO

admin 01 Fevral 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.