Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb

admin 13 Noyabr 2025 3 minutes read
IMG-20251113-WA0040
PAYLAŞIN:

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının məhkəməsi başlayıb.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadin anket məlumatları dəqiqləşdirilib, həmçinin onlara hüquq və vəzifələri izah olunub.

Prosesdə Şəhidlər xiyabanında dəfn olunan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov zərərçəkən qismində iştirak edib.

Məhkəmədə onları vəkillər – Vasif Həsənov, Natiq Məmmədov və Rüfət Qədirli müdafiə edib.

Dövlət ittihamçısı cinayət təqibində hər hansı bir qanun pozuntusu olmadığını deyib və işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri onlar barəsində cinayət işinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması üçün vəsatət veriblər.

Vəkillər vəsatəti müdafiə etdiyi şəxslərin cinayət törətdiyi yerin hara olduğunu bilmədikləri ilə əsaslandırıblar.

Vəkil deyib ki, ərəb ölkələrində məzarlar Azərbaycandakı kimi olmur. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslər Şəhidlər xiyabanında onların məzarlarının belə olmayacağını bir-biriləri arasında zarafatlaşaraq söyləyiblər.

Daha sonra QR kodu oxudaraq həmin yerdə şəhidlərin dəfn olunduğunu öyrəniblər və öz ölkələrinə xas olan hərbi salam veriblər, lakin bu hərbi salam yanlış anlaşılmaya səbəb olub.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub
Next: Ermənistan parlamentinin sədrinin şikayəti əsasında iki bloqer saxlanılıb

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.