Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Rusiya qəribə hesabat yaydı: “İrəvanın öpüşü”

Rusiya qəribə hesabat yaydı: “İrəvanın öpüşü”

admin 13 Noyabr 2025 2 minutes read
1762941744170094697169145b305f9ab
PAYLAŞIN:

Rusiya Xarici Kəşfiyyat Xidməti “İrəvanın öpüşü” adlı hesabat dərc edib. 

Paraqraf.com xəbər verir ki, hesabatda Ermənistanın Moskvadan “siyasi səbəblərdən” uzaqlaşma niyyəti açıqlanıb.

Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Fransanın Avropa və Xarici İşlər Nazirliyi çaşqınlıq içindədir. İrəvanın Moskva ilə daha bir əlaqəni zəiflətməyə hazır olduğu barədə məlumat artıq sızdırılıb. Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alır:

“İndi isə siyasi səbəblərə görə ermənilər Moskvadan “özlərini ayırmaq” və taxılın bir hissəsini Ukraynadan almaqla ona kömək etmək istəyirlər. Lakin məsələ burasındadır ki, Ukrayna taxılı iki dəfədən çox bahadır.

İrəvanın vurğuladığı kimi, bu, prinsip məsələsidir – dostluq dostluqdur, pul puldur. Brüsseldən tələb olunur ki, Ukrayna taxılının artıq dəyəri kompensasiya edilsin. Avropa İttifaqının “üç qarşılığında bir” təklifi də maraqlıdır: Ermənistan üçün taxıl, Kiyevə dəstək və Moskva ilə İrəvan arasında inamsızlığın yaradılması.

İndi əsas sual pulu haradan almaqdır. Ukrayna münaqişəsi, eləcə də Rusiyanı məğlub etmək istəyi səbəbindən Aİ ölkələri sosial-iqtisadi böhranın astanasındadır və büdcələri boşdur. Ukrayna taxılının pulunu oğurlanmış Rusiya aktivləri ilə ödəmək yaxşı olardı. Lakin indiyə qədər bu pulu bölüşdürə bilməyiblər. Bu məsələdə “obşak”ın (oğruların ümumi fondu-red.) sahibi olan Belçika tərəddüd edir.

Aİ düşünür ki, sadəcə indi pulu ödəyib daha sonra onu unutmaq  yaxşı olardı. Lakin İrəvan davamlı olaraq pul ödəməli olacağı üçün bu mümkün deyil”.

 

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Təhsil TV-dən yeni layihə: “Metodik körpü” verilişi
Next: Xalq artisti qotika tərzində – VİDEO + FOTOLAR

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.