Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Naqif Həmzəyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”

Naqif Həmzəyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”

admin 13 Noyabr 2025 3 minutes read
IMG-20251113-WA0063
PAYLAŞIN:

“Tramp Yolu”nun (Zəngəzur dəhlizi) tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı elan edib.

Onun sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan ilin birinci yarısında kağız üzərində təqdim olunmalıdır. Tikinti işlərinə ikinci yarısında başlamaq planlaşdırılır.

“Amma mən hələlik bu barədə danışmaq istəmirdim, çünki bu cür planlar həmişə cədvəldən kənara çıxır”, – deyə Paşinyan bildirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra sülh gündəliyinə önəm verdi:

“İlk başlarda Ermənistan tərəfi sülhə əməl etməsə də, sonradan Azərbaycanın uğurlu tədbirləri nəticəsində Ermənistan da bu reallıqları qəbul etdi. Vaşinqton razılaşmalarından sonra tərəflər sülhə daha da yaxınlaşdılar. Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün sənəd üzərində əksər işlər görülüb. Bu dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin hazırlanması ilə əlaqədar Ermənistan və ABŞ arasında razılaşma var. İlk növbədə Azərbaycan həm Qaradənizə, həm də Türkiyə üzərindən Aralıq dənizi və Avropaya çıxışı var. Azərbaycan Orta dəhlizin vacib komponentidir, lakin Orta dəhlizə olan maraq o qədər yüksəkdir ki, yüklərin daşınması üçün yolların şaxələndirilməsi vacibdir. Bu mənadan da Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması yükdaşıma həcmini artıracaq. Uzun illərdir ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat şəbəkəsinin daha genişlənməsinə xidmət etmiş olacaq”.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi yalnız Azərbaycanın maraqlarına xidmət etmir, həm Ermənistanın, həm Türkiyənin, həm də Rusiyanın maraqlarına uyğun layihədir:

“Nəticə etibarilə bu xətdən istifadə edərək daha sürətli və təhlükəsiz yükdaşımalar həyata keçiriləcək. Bu baxımdan da Ermənistanda planlaşdırılan parlament seçkiləri baş tutduqdan sonra bu prosesə Ermənistan tərəfi start verəcək. Eyni zamanda Azərbaycan İran ərazisindən keçməklə İran Azərbaycanın Qərb ərazisini, yəni Zəngilanı, Naxçıvanı birləşdirəcək iki körpü də yaxın dövrdə istifadəyə hazır olacaq. Azərbaycan yaxın 10 ildə regionun ən böyük nəqliyyat infrastrukturuna malik olan və nəqliyyat şəbəkəsini formalaşdıran dövlətə çevriləcəkdir. Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 34 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp: ABŞ- da hökumətin bağlanması genişmiqyaslı ziyana səbəb olub
Next: Evlərin qiyməti ucuzlaşıb? – AÇIQLAMA

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.