Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • İnsanlar niyə yalan danışmağa meyillidirlər? – AÇIQLAMA

İnsanlar niyə yalan danışmağa meyillidirlər? – AÇIQLAMA

admin 13 Noyabr 2025 3 minutes read
Изображение WhatsApp 2025-11-13 в 16.24.30_4c6d0075
PAYLAŞIN:

Bəzən insanlar özlərini başqasının gözündə daha yüksək göstərmək üçün yalan danışırlar. Həqiqəti deməyi sevdiyini söyləsə də, sanki insan onu eşitməkdən qorxur. İnsan bir dəfə yalan danışırsa, deməli, əvvəl də danışıb, sonra da danışacaq. Bəziləri düşünür ki, yalan danışmaqla özlərini müdafiə edirlər. Halbuki, yalan danışmaq oğurluq kimidir – birinin həqiqəti bilmə şansını oğurlamaqdır.

Mövzu ilə bağlı klinik psixoloq Şəbnəm Hüseynova “Paraqraf.com”a bildirib ki, insanların yalan danışmasının bir çox səbəbləri var:

Возможно, это изображение учеба

“Cəza və ya rədd edilmə qorxusu – insanlar çox vaxt doğrunu desələr, qarşı tərəfin onlardan uzaqlaşacağını, qəzəblənəcəyini və ya onları cəzalandıracağını düşünürlər. Bu qorxu uşaq yaşlarından formalaşır.

Özünümüdafiə mexanizmi – yalan danışmaq bəzən insanın eqosunu qorumaq, öz dəyərini itirməmək cəhdidir. “Mən yaxşıyam”, “mən günahsızam” kimi illüziyaları qorumaq istəyirlər.

Sosial qəbul ehtiyacı – insan bəzən daha cazibədar, uğurlu və ya ağıllı görünmək üçün yalan danışır, yəni sosial imicini qorumağa çalışır.

Vərdiş halına gəlməsi – dəfələrlə yalan danışan beyin bir növ “təhlükəsizlik mexanizmi” kimi bunu normallaşdırır və artıq yalanı təhlükəsizlik strategiyası kimi qəbul edir.

Empati çatışmazlığı – bəziləri başqasının duyğularını dərk etmədiyi üçün yalanın qarşı tərəfə necə təsir edəcəyini düşünmür. Bu, daha çox narsisistik və manipulyativ xüsusiyyətlərdə görünür”.

Şəbnəm Hüseynova yalan danışmaqdan yayınmaq üçün bir neçə tövsiyə də verib:

“İlk növbədə özünü tanı – yalanın arxasında duran duyğunu tap: qorxursanmı, qəbul olunmaq istəyirsənmi, utanırsanmı? Yalanın kökü çox vaxt bir emosional ehtiyacdır.

Kiçik doğrulardan başla – özünlə və başqaları ilə kiçik mövzularda dürüst olmağı öyrən. Beyin zamanla “doğruluğu təhlükə deyil” kimi qəbul etməyə başlayacaq.

Müdafiə yox, məsuliyyət hissi – həqiqəti demək bəzən çətindir, amma insan “müdafiə olunmaq” yox, “məsuliyyət daşımaq” düşüncəsinə keçdikcə yalan azalır.

Etibarın dəyərini anla – yalanın ən böyük itkisi etimaddır. Etibar bir dəfə itəndə, onu bərpa etmək çox çətindir. Dürüstlük hər zaman daha uzunömürlü bir “kapital”dır.

Daxili sülhü yarat – dürüst insan olmaq üçün insanın daxilində ziddiyyət olmamalıdır. Öz dəyərləri ilə davranışları üst-üstə düşdükcə, yalanın ehtiyacı azalır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın KOB siyasəti Avropada nümunə göstərildi — KOBİA lider mövqedə
Next: Kitabların Sehrinə Dalan Qız

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.