Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ermənistan parlamentinin sədrinin şikayəti əsasında iki bloqer saxlanılıb
DÜNYA

Ermənistan parlamentinin sədrinin şikayəti əsasında iki bloqer saxlanılıb

13 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ermənistan parlamentinin sədri Alen Simonyan məşhur podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Paraqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə spikerin mətbuat xidməti məlumat yayıb.

Simonyan tanınmış müxalif bloqerlərin aparıcılıq etdiyi “İmnemnimi” podkastında edilən təhqir və təhdidlərə hüquqi qiymət verilməsini istəyir.

Daha əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bloqerlərin verilişində qonaq qismində iştirak edib.

Bildirilir ki, veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə sərt reaksiya verərək, aparıcıları onu təhqir etməyə sövq edib.

Samsonyan və Saqatelyan bu gün səhər İrəvanda saxlanılıb, hər iki şəxs xuliqanlıqda ittiham olunur.

“Datalex” məhkəmə portalının məlumatına görə, parlamentin rəhbəri müxalif bloqerlərdən açıq şəkildə üzr istəmələrini, mənəvi zərər və məhkəmə xərclərinə görə kompensasiya – ümumilikdə 6500 dollar tələb edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb

Next

KOB Model Müəssisəsi istehsal prosesində sahibkarlara dəstək göstərir

Copyright 2026— Praqraf.com. All rights reserved