Ermənistan parlamentinin sədri Alen Simonyan məşhur podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Paraqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə spikerin mətbuat xidməti məlumat yayıb.
Simonyan tanınmış müxalif bloqerlərin aparıcılıq etdiyi “İmnemnimi” podkastında edilən təhqir və təhdidlərə hüquqi qiymət verilməsini istəyir.
Daha əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bloqerlərin verilişində qonaq qismində iştirak edib.
Bildirilir ki, veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə sərt reaksiya verərək, aparıcıları onu təhqir etməyə sövq edib.
Samsonyan və Saqatelyan bu gün səhər İrəvanda saxlanılıb, hər iki şəxs xuliqanlıqda ittiham olunur.
“Datalex” məhkəmə portalının məlumatına görə, parlamentin rəhbəri müxalif bloqerlərdən açıq şəkildə üzr istəmələrini, mənəvi zərər və məhkəmə xərclərinə görə kompensasiya – ümumilikdə 6500 dollar tələb edir.
Paraqraf.com
![]()
