Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ədəbi Məclisin Əhəmiyyəti
CƏMİYYƏTÖZƏL

Ədəbi Məclisin Əhəmiyyəti

13 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ədəbi məclis iki həftədən bir kitabxanada şair və yazıçılar üçün keçirilən mənəvi görüş yeridir. Bu məclisin əsas faydası insanları bir araya gətirməsi, onların öz yaradıcılığını – hekayə və şeirlərini – paylaşmasına şərait yaratmasıdır. Hər bir yazar bu məclisdə öz sevgisini, hisslərini, həyat baxışını sözlə ifadə edir, dinləyicilər isə həmin əsərləri dinləyərək səmimi fikirlərini bölüşürlər.

Bu ədəbi mühitdə 18 yaşından 80 yaşına qədər olan müxtəlif nəsillərin nümayəndələri iştirak edir. Onların bəziləri artıq kitab müəllifləridir. Mən bu yazıçıları dinlədikcə çox düşündüm. Onların söylədiyi hər bir şeir, hər bir fikir qəlbimə toxundu, ruhumu zənginləşdirdi. Çünki hər bir yazarın sözündə onun məhəbbəti, ədalət duyğusu və həyat təcrübəsi əks olunur.

Belə ədəbi məclislərin sayının artırılması çox vacibdir. Onlara hər zaman dəstək göstərilməli, rayonlarda nəşriyyatlar açılmalı və bu yazarların əsərləri toplu şəklində dövlət dəstəyi ilə çap edilməlidir. Bu, yazarların ruhunu sevindirər, onlara ilham verər və yeni əsərlərin yaranmasına təkan verər.

Unutmayaq ki, bir müəllim və ya yazar bir hekayəni canlandırıb oxucuya çatdırırsa, bu, oxucu üçün böyük bir duyğudur. Çünki hər bir insanın həyatı bir hekayədir, bir kitabdır, bir nağıldır. Gəlin bu hekayələri elə yazaq ki, onlar həm insanlar, həm də cəmiyyət üçün faydalı və düşündürücü olsun.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kitabların Sehrinə Dalan Qız

Next

Peşə və peşə-təmayüllü siniflərə dəstək vacibdir

Copyright 2026— Praqraf.com. All rights reserved