Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • “Boeing” təyyarə qəzasında həlak olan şəxsə görə 28 milyon dollardan çox təzminat ödəyəcək

“Boeing” təyyarə qəzasında həlak olan şəxsə görə 28 milyon dollardan çox təzminat ödəyəcək

admin 13 Noyabr 2025 2 minutes read
IMG-20251113-WA0044
PAYLAŞIN:

Çikaqo federal məhkəməsinin andlılar məhkəməsi “Boeing” şirkətinin öhdəsinə 2019-cu ildə Efiopiyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş BMT əməkdaşı Şikha Qarjın ailəsinə 28 milyon dollardan çox təzminat ödəmək öhdəliyi qoyub.

Paraqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

BMT-nin ətraf mühitin mühafizəsi üzrə əməkdaşı olan Şikha Qarjın ailəsi faizlər nəzərə alınmaqla, 35.85 milyon dollar alacaq.

İddiaçılar bildiriblər ki, “737 MAX” təyyarəsi qüsurla layihələndirilib və “Boeing” sərnişinləri və ictimaiyyəti təyyarənin təhlükəli olması barəsində məlumatlandırmayıb.

Bildirilir ki, “Boeing” apellyasiya şikayəti verməyəcək.

“Ethiopian Airlines” şirkətinin 302 nömrəli reysi ilə Əddis-Əbəbədən (Efiopiya) Nayrobiyə (Keniya) uçan təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Bundan beş ay əvvəl isə “Lion Air” şirkətinə məxsus təyyarə İndoneziya yaxınlığında Yava dənizinə düşüb. Bu qəzalarda 346 nəfər həlak olub. Özü də hər iki qəza avtomatlaşdırılmış uçuş idarəetmə sistemi səbəbindən baş verib.

Bu, hər iki təyyarə qəzasından sonra açılan onlarca məhkəmə işindən birincisidir. Agentliyin məlumatına görə, şirkət qəzalarla bağlı məhkəmə iddialarının 90%-dən çoxunu milyardlarla dollar təzminat ödəməklə həll edib.

Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: KOB Model Müəssisəsi istehsal prosesində sahibkarlara dəstək göstərir
Next: Qızılın qiyməti 4 200 dolları ötdü

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.