Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanın KOB siyasəti Avropada nümunə göstərildi — KOBİA lider mövqedə
SİYASƏT

Azərbaycanın KOB siyasəti Avropada nümunə göstərildi — KOBİA lider mövqedə

13 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Avropa İttifaqının dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşdı.

Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir. Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir.

Xüsusilə KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab vermək üçün yaradılıb.

Fikrimcə, hesabatın nəticələrində ən çox diqqət çəkən amillərdən biri KOB Dostları şəbəkəsinin roludur.
Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən də “dost” funksiyasını yerinə yetirən məhz bu komandadır. KOB Dostları illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır.

Artıq 6 ildir fəaliyyət göstərən bu KOB dostu şəbəkəsi dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Evlərin qiyməti ucuzlaşıb? – AÇIQLAMA

Next

İnsanlar niyə yalan danışmağa meyillidirlər? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved