Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Fiziki Tərbiyənin Əhəmiyyəti və Tərbiyəvi Rolu
CƏMİYYƏTÖZƏL

Fiziki Tərbiyənin Əhəmiyyəti və Tərbiyəvi Rolu

12 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Fiziki tərbiyə insanın həm bədən, həm də ruh sağlamlığının formalaşmasında mühüm rol oynayır. O, insanın fiziki inkişafını təmin etməklə yanaşı, özünüidarə bacarığını möhkəmləndirir, sağlam həyat tərzinin formalaşmasına yardım edir. Fiziki tərbiyə təkcə elmi və tibbi deyil, həm də tərbiyəvi və sosial əhəmiyyət daşıyan bir prosesdir. Onun inkişafı sağlam və güclü cəmiyyətin qurulmasının əsas şərtlərindən biridir.

Sağlam düşüncə, yüksək həyat keyfiyyəti və düzgün yaşam tərzi üçün hər bir insanın idmanla məşğul olması vacibdir. Gündəlik fiziki hərəkətlər, məşqlər və idman fəaliyyəti insan həyatına intizam, enerji və müsbət düşüncə gətirir. Məsələn, səhər idmanı qan dövranını sürətləndirir, orqanizmi oyadır, insana günə gümrah və fəal şəkildə başlamağa stimul verir.

İdmanla məşğul olan şəxslər təkcə bədənlərini deyil, həm də mənəvi-psixoloji durumlarını möhkəmləndirirlər. Belə insanlar məqsədyönlü, səbirli, nizam-intizamlı və məsuliyyətli olurlar. İdman insanı pis vərdişlərdən uzaqlaşdırır, onu tərbiyələndirir və düzgün həyat yoluna istiqamətləndirir.

Fiziki tərbiyənin məktəblərdə, cəmiyyətdə və dövlət səviyyəsində təbliği xüsusi əhəmiyyət kəsb edir. Sağlam gənclik — sağlam gələcəyin təminatıdır. Hər bir vətəndaş idmanı həyat tərzinə çevirməli, ailəsində və ətrafında bu vərdişi təşviq etməlidir. Ailədə bir nəfərin belə idmanla məşğul olması, digərlərinə nümunə olur və onları da hərəkətə, fiziki fəallığa həvəsləndirir.

Nəticə etibarilə, fiziki tərbiyə insanın sağlamlığının, psixoloji rahatlığının və mənəvi dəyərlərinin formalaşmasında mühüm yer tutur. Sağlam bədən sağlam düşüncənin təməlidir, sağlam düşüncə isə güclü, vicdanlı və vətəninə faydalı vətəndaş yetişdirir.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda “İpoteka haqqında” qanunda dəyişikliklər edildi

Next

Paşinyan Zəngəzur dəhlizi barədə detalları açıqladı: Tarix, qaz kəməri, elektrik xətləri…

Copyright 2026— Praqraf.com. All rights reserved