Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Dövlət proqramı ilə oxuyan rahat, öz hesabına gedən isə çətinlikdə…
ELM VƏ TƏHSİLMANŞETÖZƏL

Dövlət proqramı ilə oxuyan rahat, öz hesabına gedən isə çətinlikdə…

12 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Xaricdə təhsil məsələsi hər zaman aktual mövzulardan biri olaraq qalır. Gənclərin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə qazanması, eləcə də ölkəmizin insan kapitalının inkişafı baxımından bu istiqamət böyük əhəmiyyət daşıyır. Lakin xaricdə təhsil təkcə üstünlükləri ilə deyil, müəyyən çətinliklərlə də müşayiət olunur.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Paraqraf.com-a açıqlamasında bildirib ki, xaricdə təhsilin əsas üstünlükləri dövlət proqramları çərçivəsində daha aydın şəkildə özünü göstərir:

Abituriyentlərin diqqətinə: Bu qrupa hazırlaşanlar... - Ekspert  açıqladı/Video
“Xaricdə təhsil əsasən dövlət proqramı əsasında həyata keçirilir. Yəni dövlət proqramı ilə gedən tələbələr dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edirlər”.

Ekspertin sözlərinə görə, bu proqramlar həm bakalavr, həm magistratura, həm də doktorantura pillələrini əhatə edir.

Elçin Əfəndi qeyd edib ki, 2022–2028-ci illəri əhatə edən sonuncu dövlət proqramında mühüm yenilik nəzərdə tutulub:

“Proqram çərçivəsində xaricdə təhsil alan gənclər dövlətlə birbaşa əmək müqaviləsi əsasında bağlı olurlar. Ölkəyə qayıtdıqdan sonra isə 5 il müddətində dövlətin müvafiq strukturlarında işləməlidirlər. Bu, həm gənclərin gələcək karyerasına, həm də ölkənin kadr potensialının güclənməsinə xidmət edir”.

 

Ekspertin sözlərinə görə, dövlət proqramı ilə xaricdə oxuyan tələbələr üçün çətinliklər minimum səviyyədədir:

“Dövlət bütün təhsil, yaşayış və gediş-gəliş xərclərini qarşılayır, tələbələrə hərtərəfli dəstək göstərilir”.

 

Lakin öz hesabına xaricdə təhsil alan tələbələr üçün vəziyyət fərqli olur. Elçin Əfəndinin fikrincə, bu halda bir sıra problemlər ortaya çıxır:

1. Diplomların tanınması

2. İxtisas uyğunsuzluğu

3. Maliyyə yükü

4. Hərbi xidmət və vətəndaşlıq məsələləri

5. Yaşayış və məskunlaşma problemləri

 

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyada İslamın səsi olmuş azərbaycanlı mütəfəkkir – Heydər Camalı anırıq

Next

Sosial şəbəkələrdə azyaşlıların istismarında valideynlərin rolu nədir? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved