Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verən qəfil çökmə nəticəsində üç işçi ölüb, ikisi isə yaralanıb.
Paraqraf.com İHA-ya istinadən xəbər verir ki, Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində, Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilməkdə olan dairəvi yolda körpünün bir hissəsi çöküb.
Hadisə nəticəsində ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb və dağıntılar altında qalan işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat başlayıb.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və səlahiyyətlilərin qəzanın səbəbləri ilə bağlı araşdırma başlatdığı bildirilib.
Paraqraf.com
![]()
