Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Peşə siniflərinin və peşə məktəblərinin həyatımızdakı əhəmiyyəti
MANŞETÖZƏL

Peşə siniflərinin və peşə məktəblərinin həyatımızdakı əhəmiyyəti

10 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

İnsan həyatda düzgün yol seçmək üçün ilk növbədə öz peşəsini müəyyənləşdirməlidir. Hər bir insan sevdiyi və bacardığı peşəni seçdikdə həm öz ailəsinə, həm də xalqına faydalı, layiqli bir vətəndaşa çevrilir. Ona görə də biz gənclər həyat yolumuzu başqalarının düşüncələri ilə deyil, öz məqsədlərimizlə qurmalı, arzularımıza öz zəhmətimizlə çatmalıyıq.

Cəmiyyətimizin inkişafı üçün müxtəlif peşələrə ehtiyac var. Gələcəkdə bizdən yaxşı aşpaz, dülgər, maşinist, dizayner, aqronom və ya baytar çıxacaq. Bunların hamısı vətənimiz və xalqımız üçün vacib sahələrdir. Hər peşə öz sahəsində dəyərlidir və ölkəmizin inkişafına xidmət edir.

Peşə təmayüllü siniflərin yaradılması bu baxımdan çox mühüm addımdır. Mən də artıq 3 ildir ki, peşə təmayüllü siniflərdə müəllim kimi çalışıram. Bu müddətdə öz bilik və bacarıqlarımı şagirdlərə çatdırmağa, onlara sevdikləri peşəni öyrətməyə çalışmışam. Bu yolda mənə həmkar müəllimlərim də dəstək olublar. Birlikdə şagirdlərimizi müxtəlif rayon tədbirlərində iştirak etdirmiş, yarışlarda nailiyyətlər qazanmışıq. Praktik dərslər zamanı onları müxtəlif idarələrin və restoranların fəaliyyəti ilə tanış etmişik.

Mən şagirdlərin uğurunu gördükcə müəllim kimi daha çox sevinir və işimi daha da sevməyə başlayıram. Onların praktik dərslərdə, tədbirlərdə hazırladıqları məhsulları sərgiyə çıxarmaları, insanlarla ünsiyyət qurmaları, verilən suallara mehriban cavablar vermələri məni xüsusilə qürurlandırır. Mən onları kənardan fəxrlə izlədikcə, öz zəhmətimin bəhrəsini görür və gələcəyə daha da inamla baxıram.

Peşə siniflərində çalışan bütün kollektivin məqsədi eynidir: uşaqlara sevdikləri peşəni öyrətmək, onları gələcək həyatlarına hazırlamaq. Çünki bu gün peşə öyrənən şagirdlər sabahın ixtisaslı mütəxəssisləri olacaq. Onların uğuru həm ailələrinin, həm də vətənimizin uğurudur.

Gəlin, uşaqları öz peşələrini sevməyə həvəsləndirək. Gəlin, birlikdə öyrənək və öyrədək. Çünki onlar bizim gələcəyimizdir.

Ağasiyev Elçin

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-də şatdaun başa çatır

Next

Gözəllik naminə faciə: Gənc qadın burun əməliyyatından sonra komaya düşdü

Copyright 2026— Praqraf.com. All rights reserved