Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ARAŞDIRMA/Gözəllik naminə faciə: Gənc qadın burun əməliyyatından sonra komaya düşdü
ARAŞDIRMAMANŞETÖZƏL

Gözəllik naminə faciə: Gənc qadın burun əməliyyatından sonra komaya düşdü

10 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Bu ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı artıq altı aydır yataq xəstəsidir. Onun kritik vəziyyəti hələ də davam edir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.

Tibb üzrə ekspert Aydın Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, hadisədə həkimin də səhvi ola bilər:

Məmurlar vəzifədən çıxan kimi niyə xəstələnir? – “Belə də olmalıdır!” Yeni  Sabah

“Dərmanın keyfiyyətli olub-olmaması ilə bağlı məsələ də rol oynaya bilər. Müvafiq idarələr müəyyən edə bilərlər ki, həkimin səhvi nədən ibarətdir. Xəstənin hüququ var ki, nədən narazı qalıbsa, onu bildirsin”.

Hüquqşünas Ayxan Məmmədli isə məsələ ilə bağlı bildirib ki, əgər həkimlərin səhlənkarlığı nəticəsində pasiyentin səhhətinə ağır zərər dəyibsə, bu, Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) və ya 316-cı (peşə vəzifələrini lazımi qaydada yerinə yetirməmə) maddələri üzrə hüquqi məsuliyyət yarada bilər:

BizimAz.az - Siyasət

“Tibbi fəaliyyət nəticəsində insanın sağlamlığına ciddi zərər vurulması və ya ölümə səbəb olma hallarında cinayət işi açılır və istintaq zamanı müvafiq tibbi ekspertiza təyin edilir. Əgər ekspertiza müəyyən etsə ki, əməliyyatı icra edən həkimlər tibbi protokolları, təhlükəsizlik qaydalarını və ya peşə standartlarını pozublar, bu halda onların cinayət məsuliyyəti daşıması labüddür. Cəzanın növü törədilən əməlin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir – peşə fəaliyyətindən məhrumetmə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə kimi tədbirlər nəzərdə tutula bilər”.

Hüquqşünas əlavə edib ki, cinayət məsuliyyətindən başqa, bu cür hallarda Səhiyyə Nazirliyi və ya TƏBİB tərəfindən inzibati araşdırma da aparılır:

“Araşdırma nəticəsində həkimlərin lisenziyaları müvəqqəti və ya daimi dayandırıla bilər. Yəni səhlənkarlığı sübuta yetirilən tibb işçiləri birdəfəlik olaraq peşə fəaliyyətindən uzaqlaşdırıla bilərlər.

Xəstənin ailəsinin şikayəti əsasında məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır və obyektiv nəticə yalnız ekspertiza rəyi əsasında verilə bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Peşə siniflərinin və peşə məktəblərinin həyatımızdakı əhəmiyyəti

Next

Almaniyada Azərbaycanlı Həkimlərin Yubiley Konfransı – Elm, Təcrübə və Birlik Platforması

Copyright 2026— Praqraf.com. All rights reserved