Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib
CƏMİYYƏT

Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib

10 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 115 ölkəyə mal ixrac edilib, 168 ölkədən isə idxal olunub.

Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 18 milyard 633.7 milyon ABŞ dolları və ya 52.6%-i ixracın, 16 milyard 769 milyon ABŞ dolları (47.4%) isə idxalın payına düşüb. Nəticədə xarici ticarət balansı 1 milyard 864.7 milyon ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.6% artıb, real ifadədə isə 8.1% azalıb. Real ifadədə idxal 8.3%, ixrac isə 7.9% azalıb.

Ölkənin xarici ticarət dövriyyəsinin 25.2%-i İtaliyanın, 12.3%-i Türkiyənin, 10.3%-i Rusiyanın, 9.6%-i Çinin, 3.1%-i Almaniyanın, 2.9%-i ABŞ-ın, 2.7%-i Böyük Britaniyanın, 2.1%-i Çexiyanın, 1.9%-i Yunanıstanın, 1.8%-i Gürcüstanın, 1.7%-i Bolqarıstanın, 1.6%-i Qazaxıstanın, 1.5%-i Xorvatiyanın, 1.4%-i Rumıniya və İsveçrənin, 1.3%-i İranın, 1.1%-i Portuqaliya, Ukrayna və Avstraliyanın, 0.9%-i isə Özbəkistan və Belarusun payına düşüb. Ticarət əməliyyatlarının 14.1%-i digər ölkələrlə aparılıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Mədəni müxtəliflik və tolerantlıq”

Next

Paşinyan Sarqsyan və Koçaryanla qarşı-qarşıya: “KQB-nin himayəsi ilə reallaşdırılan ssenariyə qayıtmağı təklif edirlər”

Copyright 2026— Praqraf.com. All rights reserved