Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 10
  • Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır

Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır

admin 10 Noyabr 2025 4 minutes read
17627811495017879416911e7ddee046
PAYLAŞIN:

Qazaxıstan Ermənistana ərzaq buğdası tədarükünü ayda təxminən 15-20 min çatdırmağa hazırdır.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindən fəaliyyət göstərən “Prodkorporasiya” ASC-dən verilən açıqlamada belə deyilir.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan buğdası daşıyan ilk qatar 30 ildə ilk dəfə Azərbaycandan keçərək noyabrın 3-də Ermənistana gedib. 15 vaqondan ibarət 1048 ton 4-cü dərəcəli ərzaq buğdası daşıyan qatar Rusiyadan Azərbaycana və Gürcüstana, oradan isə Ermənistan ərazisinə daxil olub.

Bildirilib ki, gələcəkdə bu tranzit dəhlizi İrəvan istiqamətində Qazaxıstan taxılının və digər malların tədarükü üçün daimi kanala çevrilə bilər. Hazırda “Prodkorporasiya” Qazaxıstan buğdasının sabit tədarükündə maraqlı olan erməni tərəfdaşları ilə danışıqlar aparır. Şirkətdən verilən məlumatda həmçinin qeyd edilir ki, gələcəkdə İrəvana taxıl daşımalarının həcmi arta bilər.

“Prodkorporasiya”dan verilən açıqlama perspektivdə hər ay Azərbaycan üzərindən Ermənistana 15-20 min ton ərzaq buğdasının göndəriləcəyini deməyə əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan qadağaları ləğv etməsi bu daşımaları həyata keçirməyə imkan verir. Əgər Ermənistanla razılaşma əldə olunarsa, yəqin ki, Qazaxıstan tərəfi növbəti buğda tədarükünün göndərilməsi ilə bağlı Azərbaycana müraciət edəcək.

Qeyd edək ki, Ermənistanın ərzaq buğdası ilə əsas təminatçısı Rusiyadır. Lakin son vaxtlar rəsmi İrəvan Qazaxıstan buğdasına maraq göstərir. Bu istiqamətdə ilk danışıqlar 2024-cü ilin iyul ayında aparılıb. Ermənistan bu mövqeyini Qazaxıstan buğdasının yapışqanlılığı, yəni yüksək keyfiyyətli olması ilə izah edir. Lakin indiyə qədər Qazaxıstan buğdasının daşınması üçün yaxın marşrut olmayıb.

Nəhayət, Azərbaycanın tranzit qadağasını aradan qaldırması bu problemi həll edib. Ermənistanın ərzaq buğdasına illik tələbatı 450 min ton hesab edilir. Lakin son illər bu rəqəm getdikcə aşağı düşür. Belə ki, Ermənistan 2023-cü ildə 377 min, 2024-cü ildə 315,6 min ton ərzaq buğdası idxal edib.

Çünki Ermənistan əvvəllər xaricdən aldığı buğdanın bir qismini Qarabağdakı separatçılara göndərirdi. Qondarma rejimin ləğvindən və ermənilərin könüllü köçməsindən sonra Ermənistanın buğdaya tələbatı azalıb. Ona görə də Ermənistan bazarında Rusiya və Qazaxıstan arasında ciddi rəqabətin gedəcəyi real görünmür.

Qazaxıstanın əsas məqsədi Azərbaycan və Ermənistan vasitəsilə Qərb bazarlarına çıxış əldə etməkdir. Əslində, söhbət Qazaxıstanın Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya taxıl, neft və digər məhsulların  tədarükünü həyata keçirmək istəyindən gedir.

Bu baxımdan, Ermənistana buğda satışı daha çox stimullaşdırıcı xarakter daşıyır və Paşinyan hökumətinin tranzit gəlirlərinə marağını artırmağa hesablanıb.

Müşfiq Abdulla   

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Almaniyada Azərbaycanlı Həkimlərin Yubiley Konfransı – Elm, Təcrübə və Birlik Platforması
Next: “Bu məsələyə ehtiyatla yanaşıram”

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.