2025-ci ilin 1–2 noyabr tarixlərində Almaniyanın Augsburg şəhərində “Aserbaidschanische Mediziner in Deutschland” (AMD e.V.) təşkilatının yubiley konfransı keçiriləcək. Tədbir Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb mütəxəssislərinin elmi təcrübə mübadiləsi, peşəkar əməkdaşlıq və milli həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.
Konfransda müxtəlif ixtisas sahələrində çalışan tanınmış azərbaycanlı həkimlər – cərrahlar, terapevtlər, alimlər və tədqiqatçılar çıxış edəcəklər. Panel müzakirələrində tibbin aktual istiqamətləri, müasir diaqnostika və müalicə metodları, eləcə də Almaniya və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirin rəsmi açılışı 1 noyabr tarixində saat 13:00-da baş tutacaq. Axşam isə “5×5” yubiley gecəsi çərçivəsində iştirakçılar beynəlxalq və milli mətbəx nümunələri, canlı musiqi və bədii proqramla dolu dostluq axşamında bir araya gələcəklər.
Konfrans “Patchworkhotel Alpenhof”da keçiriləcək və iki gün ərzində həm elmi, həm də mədəni baxımdan azərbaycanlı tibb ictimaiyyəti üçün mühüm platforma rolunu oynayacaq.
![]()
