Zəfər Günü münasibətilə məktəbimiz xüsusi qonaqla şərəfləndi. Evdə təhsil alan, lakin biliyi, əzmi və uğurları ilə hamımıza nümunə olan şagirdimiz məktəbimizdə qonaq oldu. Onun mübarizə ruhu və təbəssümü bütün müəllim və şagirdlər üçün qürur mənbəyinə çevrildi.
Zəfərimizin həm cəbhədə, həm də iradədə qazanıldığını göstərən bu görüş, şagirdlərimizə əzmkarlığın, təhsil və çalışqanlığın əhəmiyyətini bir daha xatırlatdı. Məktəbimizin rəhbəri, Rəna Hüseynova, bu fürsətdən istifadə edərək bildirdi ki, hər bir uğur, hər bir müvəffəqiyyət – zəhmət və iradənin məhsuludur.
Şagirdimizin əldə etdiyi nəticələr və onun nümayiş etdirdiyi əzm, məktəb icması üçün həm ilham, həm də motivasiya qaynağıdır. Bu görüş həm də gənc nəsillərə göstərir ki, hər bir çətinlik, hər bir maneə iradə və səylə aşılabilir.
161 nömrəli məktəb olaraq biz fəxr edirik ki, belə nümunəvi şagirdlərimizin uğurlarına şahidlik edirik və onların gələcəkdə daha böyük zirvələrə yüksələcəyinə inanırıq.
Rəna Hüseynova
Paraqraf.com
![]()
