Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Telegram”ın yaradıcısının qətlə yetirilən “dostu” ilə bağlı yeni detallar: Milyonlarla rubl borcu olub
DÜNYA

“Telegram”ın yaradıcısının qətlə yetirilən “dostu” ilə bağlı yeni detallar: Milyonlarla rubl borcu olub

08 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Telegram”ın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oğurlanaraq qətlə yetirilmiş sankt-peterburqlu kriptobiznesmen Roman Novakın Rusiyada 6.4 milyon rubldan (1 345 379.46 AZN) çox borcu olub.

Paraqraf.comxəbər verir ki, bu barədə məlumatı TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla yayıb.

“Novakın borcu 6.4 milyon rublu keçir, onların bir hissəsi məcburi qaydada tutulub, söhbət əsas etibarilə cinayət nəticəsində vurulan zərərdən gedir”, – deyə mənbə bildirib.

Bildirilir ki, Novak barəsində doqquz icraat açılıb. Hazırda onların bir hissəsi dayandırılıb (“İcraat haqqında” Qanunun 46-cı maddəsinin 1-ci hissəsinin 3-cü və 4-cü bəndləri).

Xatırladaq ki, BƏƏ-də Sankt-Peterburqdan olan ər-arvadın itkin düşdüyü məlum olub. Baş verənlərlə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə cinayət işi açılıb. Ailənin oğurlanmasına hədə-qorxu yolu ilə kriptovalyuta qopardılması səbəb olub. Daha sonra onların öldürüldüyü və meyitlərinin səhrada basdırıldığı məlum olub. Hüquq-mühafizə orqanları bildiriblər ki, söhbət Roman və Anna Novaklardan gedir. Rusiyanın üç regionunda bu cinayətdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onlardan üçü həbs edilib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gəncədə avtomobil yandı

Next

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Copyright 2026— Praqraf.com. All rights reserved