“Çelsi”nin baş məşqçisi Entso Mareska, İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runinin Çempionlar Liqasındakı “Qarabağ”la oyunda (2:2) futbolçuların hədsiz rotasiyasına görə tənqidinə cavab verib.
Paraqraf.com “Mirror”a istinadən xəbər verir ki, baş məşqçi problemin rotasiyada olmadığını deyib:
“Mən dəfələrlə demişəm ki, biz elə dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmət edirəm, lakin “Qarabağ”la matçdan sonra da demişdim ki, kluba gəldiyim vaxtdan futbolçuların rotasiyasının zəruri olduğu fikrindəyəm və heç kim matçı qazana bilməməyimiz barədə şikayət etməyib”.
“Hesab edirəm ki, rotasiyada Braziliya millisinin oyunçusu Andrey Santos, Niderland millisinin oyunçusu Yorrel Hato, Braziliya millisinin oyunçusu Estevao iştirak edirsə, problem rotasiyada deyil. Onlar yaxşı, istedadlı və gəncdirlər. Əlbəttə, gənc futbolçulara daha yaxşı olmaq üçün bir neçə səhv etmək imkanı vermək lazımdır”, – deyə Mareska bildirib.
Paraqraf.com
![]()
