ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində Məhəmməd Əli adına Beynəlxalq Aeroport yaxınlığında UPS (United Parcel Service) logistika şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ən azından 14 nəfər həlak olub.
Paraqraf.com xəbər verir ki, bu barədə Luisvill meri Kreyq Qrinberq özünün “X” social şəbəkə hesabında yazıb.
“Axşam qəza yerində daha bir cəsəd aşkar edilib. Beləliklə, ölənlərin sayı 14-ə çatıb”, – deyə mer yazıb.
Daha əvvəl verilən məlumat qəzada 13 nəfərin həlak olduğu bildirilmişdi.
Paraqraf.com
![]()
Visited 25 times, 1 visit(s) today
