Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/8 Noyabr – Zəfər Günümüz: Qəhrəmanlıq və Qürur Günüdür
ÖZƏL

8 Noyabr – Zəfər Günümüz: Qəhrəmanlıq və Qürur Günüdür

08 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

8 Noyabr – Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Bu gün Vətən müharibəsində qazandığımız şanlı Zəfərin rəmzidir. Müzəffər Ordumuzun igid oğulları torpaqlarımızı işğaldan azad edərək, xalqımıza illərlə gözlədiyi qürur və sevinc hissini bəxş etdilər. Bu qələbə minlərlə şəhidimizin qanı, igid əsgərlərimizin cəsarəti və xalqımızın birliyi ilə qazanıldı.

Hər bir şəhidimizin xatirəsi qəlbimizdə əbədi yaşayır. Onların göstərdiyi şücaət və vətən sevgisi bu gün gənclərimiz üçün nümunə, gələcək nəsillər üçün örnəkdir. Vətən uğrunda canından keçən hər bir qəhrəmanımıza borcumuz minnətdarlıq və unudulmayan hörmətdir.

Bu qələbənin memarı, ölkəmizin müdrik rəhbəri – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun dəmir iradəsi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan Ordusu 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı xalqın birliyini, ordunun inamını və Vətən sevgisini daha da möhkəmləndirdi.

Bu gün azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır, şəhərlərimiz yenidən dirçəlir. Qələbə ruhu hər bir azərbaycanlının qəlbində yaşayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri – bu zəfərin davamı, müstəqil Azərbaycanın güc və iradəsinin təzahürüdür.

Sonda böyük qürur hissi ilə bildiririk:
Cənab Prezident, xalqınıza bəxş etdiyiniz Zəfər üçün Sizə dərin təşəkkür edirik!
Bu qələbə – Sizin rəhbərliyiniz, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanı ilə yazılan tarixdir.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Yaşasın qəhrəman Ordumuz!

Dadaş Şeydayev
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət Təhlükəsilik Xidmətinin rəisi Əli Nağıyevin ad günüdür

Next

Soyuq hava ürək üçün gizli təhlükə yaradır – Kardioloq xəbərdarlıq edir

Copyright 2026— Praqraf.com. All rights reserved